13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Sərhəddəki son gərginlik - Professor Kremldəki qüvvələrdən də şübhələnir
Tarix: 18-11-2021 17:09 | Bölmə: Slayd
Sərhəddəki son gərginlik - Professor Kremldəki qüvvələrdən də şübhələnir

“Ermənistan sərhədlərini rus əsgərləri qorumalıdır. Deməli, orada rus əsgərləri durmur ki, belə hadisələr, təxribatlar da baş verir. Çox güman ki, bunda maraqlı qüvvələr var. Ehtimala görə, çox şeyləri planlı şəkildə təşkil edirlər ki, sakitlik olmasın. Biz daima qeyd edirdik ki, sakitlik yarananda danışıqlar da olacaq. Amma gərginlik, qarşıdurma olanda sülh danışıqları gecikir, yaddan çıxır və əsas diqqət vəziyyəti sakitləşdirməyə yönəlir”.

Bunu Reyting.az-a professor Əli Abbasov Ermənistan-Azərbaycan dövlət sərhəddində ermənilərin yaratdığı son hərbi gərginliklərdən danışarkən deyib.

Professor təxribatlarda xarici təsirin olduğunu da ehtimal edir: “Erməni hərbçilərinin məqsədi nə idi? Hansısa mövqeləri tutmaq və vəziyyəti qızışdırmaq. Digər tərəfdən, biz bilmirik ki, gərginliyi yaradan kimlərdir. Nikol Paşinyana bağlı hərbçilər, yoxsa başqa ölkələr, eləcə də “Qarabağ klanı”… Mən ehtimal edirəm ki, bu təxribatı törədənlər daha çox Köçəryanın komandasına yaxın olanlardır. Onlar sakitliyin yaranmasında maraqlı deyillər”.

Ə. Abbasov qeyd edib ki, Ermənistan bir sıra addımlar atmalı olsa da, hələlik bunu etmək istəmirlər: “Sərhədlərin müəyyən edilməsi, dövlətlərin bir-birini tanıması baş verməlidir. Bu halda Qarabağ məsələsi də Azərbaycanın daxili işinə çevrilər. Görünən budur ki, Ermənistanda əsas revanşistlər bunu istəmirlər və bu səbəbdən də belə təxribatlar baş verir”.

Professorun fikrincə, əgər Rusiya istəməsə Ermənistan-Azərbaycan dövlət sərhədində gərginlik də olmaz: “Normalda gərginlik yaradan insanlar həbs edilə, saxlanıla bilər. Prosesləri izləmək lazımdır. Həm də Kremldə olan insanlar da bu məsələdə eyni mövqedə deyillər. Ermənipərəstlər də, neytral mövqe olanlar da var. Mümkündür ki, Kremldəki ayrı-ayrı qüvvələr sülhməramlılara təsiri göstərsin. Yəni bu geniş oyundur”.




Bölməyə aid digər xəbərlər