13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Sərdar Cəlaloğlu: “Azərbaycan sərhədlərində təxribatı iki qüvvə törədir”
Tarix: 18-11-2021 17:32 | Bölmə: Slayd
Sərdar Cəlaloğlu: “Azərbaycan sərhədlərində təxribatı iki qüvvə törədir”

“Son təxribatlar Ermənistandakı revanşist qüvvələrlə Rusiyanın qurduğu bir oyun idi. Ermənistan və Azərbaycan arasında münaqişə nə qədər gərginləşsə, sülh müqaviləsi nə qədər gec bağlansa və sərhədlər daha çox qeyri-müəyyən olaraq qalsa, həm Rusiya sülhməramlıları bölgədə bir o qədər çox qalar, həm də Ermənistan daxilində Nikol Paşinyana qarşı cəbhə bir o qədər genişlənə bilər. Odur ki, bu iki qüvvə birləşərək Azərbaycan sərhədlərində belə təxribata rəvac verir”.

Bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu son erməni təxribatlarına münasibət bildirərkən söyləyib.

ADP sədri hesab edir ki, Azərbaycan belə təxribatların qarşısını bir üsulla - daha sərt şəkildə cavab verməklə ala bilər: “Bu təxribatlara kəskin cavab vermək, erməniləri təsəvvür etdiklərindən də çox itkilərə düçar etmək lazımdır. Bundan sonra belə təxribatları törətməkdə maraqlı olmazlar. Yəni dəqiq bilsinlər ki, istənilən təxribata amansız və qətiyyətli cavab veriləcək”.

S. Cəlaloğlunun sözlərinə görə, son təxribatlar zamanı ortada olan rəqəmlər göstərir ki, Azərbaycan qarşı tərəfdən əvəz çıxıb, düşməni daha çox itkiyə məruz qoyub: “Əsas odur ki, insidentlərdən sonra yeni postlar ələ keçirilməli, Azərbaycan əraziləri nəzarətə alınmalı, erməni silahlıları ərazilərimizdən çıxarılmalıdır. Burada hər hansı bir sülhməramlının dediyinə və təzyiqlərə fikir vermək lazım deyil. Azərbaycan haqlı tərəfdir və beynəlxalq hüquqa uyğun davranır. Eləcədə sülhməramlıların fəaliyyətindən narazılıq ifadə olunmalıdır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər