13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Ağ Evlə Kreml arasında casus qalmaqalı böyüyür
Tarix: 19-11-2021 10:23 | Bölmə: Slayd
Ağ Evlə Kreml arasında casus qalmaqalı böyüyür

Amerikada yaşayan rusiyalıların diaspor təşkilatlarının Koordinasiya şurası Federal Təhqiqatlar Bürosunun (FTB) təhqiqatlarından sonra fəaliyyətinə son qoyacağını bəyan etmişdi.

“Ria-Novosti”nin məlumatına görə, Rusiya Federasiyasının Vaşinqtondakı səfirliyi Ağ Evdən bu ölkədəki diasporunun təqibinə son qoyulmasını tələb edib. Bir qədər əvvəl ABŞ-dakı rusiyalı həmvətənlərin təşkilatının Koordinasiya şurası FTB-nin onlara qarşı hərəkətlərini həm də Rusiyaya qarşı qeyri-səmimi münasibət kimi dəyərləndirmişdi. Bununla bağlı qəbul edilmiş rəsmi sənəddə deylir ki, Rusiyanın Vaşinqtondakı səfirliyinin işinin dayandırılması Amerika hakimiyyətinin rusdilli icmaya qarşı son illər davam edən görünməmiş təzyiqlərinin nəticəsidir.

Diplomatik missiyanın bəyanatında həmçinin qeyd edilir ki, onlar Birləşmiş Ştatların müvafiq qurumlarının Amerika ərazisində qeydiyyatsız yaşayan rusiyalılardan guya xarici ölkələrin agenti qismində işlədiklərindən şübhələnmələri dərin hiddət doğurur: “Bir çox hallarda FTB-nin əməkdaşları axtarış və dindirmələri olduqca kobud formada aparır və şəxsi əşyalarımızı belə müsadirə edirdilər. Bu cür hərəkətlərə yol verən rəsmi Vaşinqton Rusiyadan bu ölkəyə gələnlərə vətənləri ilə əlaqə saxlamağa imkan vermir, mədəniyyət və dil ənənələrini qoruyub saxlamağa heç bir çərait yaratmır”.

Rusiya səfirliyinin yaydığı bəyanatda həmçinin bildirilir ki, Amerikada yaşayan həmvətənlərinin ictimai fəaliyyəti tamamilə açıq və şəffaf xarakter daşıyır.

Reyting.az




Bölməyə aid digər xəbərlər