13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Bu il 47519 şəxsə əlillik təyinatı aparılıb
Tarix: 19-11-2021 12:12 | Bölmə: Slayd
Bu il 47519 şəxsə əlillik təyinatı aparılıb

Bu il 47 519 şəxsə əlillik təyinatı aparılıb. Bu, ötən ilin müvafiq dövrünə nisbətən, təqribən, iki dəfə çoxdur.

Reyting.az
xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov keçirdiyi brifinqdə deyib.

A. Bayramov xatırladıb ki, həmin müddətdə 2200 qaziyə əlillik təyin olunub.

O qeyd edib ki, şəhid ailələri ilə bərabər, müharibə əlillərinin də mənzil və fərdi evlə təminatı həyata keçirilir. İndiyədək bu kateqoriyadan olanlara 11 mindən çox ailəyə mənzil və ya fərdi ev verilib. Agentlik rəhbəri diqqətə çatdırıb ki, dövlət başçısının müvafiq sərəncamı ilə 2021-2025-ci illərdə daha 11 min mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan 3 min mənzil və fərdi ev (2018-ci ilə nisbətən 5 dəfə çox) bu il veriləcək. Artıq 1850-si verilib.

Şəhid ailələri və müharibə əlilləri ilə yanaşı, Vətən Müharibəsi Qəhrəmanlarına, gözdən əlilliyi olan şəxslərə, dövlət uşaq müəssisələri məzunlarına da mənzillər təqdim edilir. “Həmin kateqoriyalara verilən mənzilləri də nəzərə alsaq, bu il nazirlik tərəfindən verilən mənzillərin sayı 2200-ə çatır",- deyə Agentlik rəhbəri bildirib.




Bölməyə aid digər xəbərlər