13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Professor: “Regiondakı oyunların sonu bizim xeyrimizə olacaq”
Tarix: 19-11-2021 16:29 | Bölmə: Slayd
Professor: “Regiondakı oyunların sonu bizim xeyrimizə olacaq”

“Erməni məsələsi son 200 ildə aparılan siyasətin nəticəsində ortaya çıxıb. Bunu Türkiyə ilə Azərbaycan arasında tompon bölgə yaratmaq niyyəti ilə ediblər. “Türkmənçay” müqaviləsindən sonra bu niyyəti həyata keçirmək məqsədilə Suriya, İran və Türkiyədən erməniləri yığaraq bu bölgəyə yerləşdiriblər. Daha çox Qarabağa və İrəvan xanlığının ərazilərinə. Beləcə, qeyd edilən bir zolaq yaradılıb”.

Bunu Reyting.az-a professor Firudin Cəlilov deyib.

Türkoloq alim əlavə edib ki, 200 ildir bu siyasəti davam etdirirlər: “Açığı, həmin qüvvələr türk dövlətləri və xalqları arasında birliyi, həmrəyliyi, yaxınlaşmanı istəmirlər. Eyni zamanda Cənubi Azərbaycandakı soydaşlarımızın öz hüquqlarını əldə etməsini qətiyyən arzulamırlar. Türkiyə ilə Azərbaycanın daha da yaxınlaşmasından narahatdırlar. Bu səbəblərdən də erməni kartından istifadə edirlər”.

Sabiq təhsil naziri bildirib ki, əslində bu oyunda ermənilər sadəcə oyuncaqdır və anti-türk siyasətinin icrasında erməniləri oyuncaq kimi oynadırlar: “Üstəlik, nəzərə almaq lazımdır ki, tarixən ermənilərin dövləti və dövlətçilik ənənəsi olmayıb. Onlar qəribə xalqdır. Bu səbəblərdən də onları oynadırlar və onlar da oynayır. Yəni məsələnin kökü görünən kimi deyil. Ermənilər səhnənin görünən hissəsidir, amma səhnə arxasında onu oynadanlar, təlimatlandıranlar var. Ümid edirəm ki, bu oyunlar faş olacaq və maraqlı qüvvələr növbəti hədəflərinə çata bilməyəcəklər”.

Professorun sözlərinə görə, indi baş verənlər və proseslərin istiqaməti deməyə əsas verir ki, regionda gedən oyunların sonu bizim xeyrimizə olacaq. Bunun üçün ciddi əsaslar da var: “Bu səbəbdən də milli həmrəyliyi, dayanışmanı qorumalı, ordumuzu gücləndirməli, iqtisadiyyatımızı daha da inkişaf etdirməliyik. Qənaətimcə, bu dövr artıq erməni dövrü deyil. Ermənilərə kənardan dəstək versələr də, dirçəltməyə çalışsalar da, nəticə əldə edə bilməyəcəklər”.

Reyting.az




Bölməyə aid digər xəbərlər