13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Politoloq: “Yeddi kənd azad olunsa ermənilər Zəngəzur dəhlizini açacaq”
Tarix: 19-11-2021 17:40 | Bölmə: Slayd
Politoloq: “Yeddi kənd azad olunsa ermənilər Zəngəzur dəhlizini açacaq”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşünün reallaşma ehtimalı daha yüksəkdir. Bütün hallarda Azərbaycan dövlətinin təmsilçisi İlham Əliyev, Ermənistanın real lideri Paşinyandır. Paşinyan istəsə də, istəməsə də məcburdur ki, İlham Əliyevlə görüşsün”.

Bunu Reyting.az-a politoloq Cümşüd Nuriyev Azərbaycan-Ermənistan dövlət sərhədində son erməni təxribatından sonra Əliyev-Paşinyanın görüşünün mümkünlüyü barədə danışarkən deyib.

C. Nuriyevin fikrincə, hazırda N. Paşinyana təzyiqlər çoxdur: “Bir tərəfdən Rusiya öz istədiyini onun əli ilə etmək istəyir, digər tərəfdən də Fransa və Qərb öz istəklərini Paşinyan vasitəsilə reallaşdırmağa çalışırlar. İki tərəfə də baxan çaş qalar. İndi Paşinyan bu durumdadır. Buna görə də ziddiyyətli bəyanatlar verir. Amma sonuncu hadisələr göstərdi ki, Azərbaycan Ordusu çox güclüdür və Paşinyanın danışıqlara gəlməkdən başqa yolu qalmır”.

Politoloq daha sonra qeyd edib ki, Azərbaycan çox unikal addım ata bilər:

“Zənnimcə, Azərbaycanın əlində daha bir kart var və bu kartdan istifadə olunmalıdır. Bu da onunla bağlıdır ki, Qazax rayonunun işğal altında olan yeddi kəndi azad edilsə, Ermənistanın Gürcüstan üzərindən Rusiya ilə bağlılığı Azərbaycanın nəzarətinə keçəcək. Orada faktiki gömrük postu yaradıla bilər. Çünki torpaq bizimdir. Səhv etmirəmsə 1984-cü ildən sonra Ermənistana verilib, amma bu yeddi kənd anklavdır və bizimdir. Azərbaycan bu kəndləri azad etsə, daha yaxşı olar. Nə qədər ki, rus sülhməramlısı ora daxil olmayıb, bunu etməliyik. Azərbaycan bu kəndləri götürdükdən qısa müddət sonra Zəngəzur dəhlizi açılacaq. Ermənistan buna məcbur olacaq”.




Bölməyə aid digər xəbərlər