13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Deputat: “Təşəbbüs Brüsseldən gəlib, əgər Ermənistana təzyiq edərlərsə...”
Tarix: 20-11-2021 15:11 | Bölmə: Slayd
Deputat: “Təşəbbüs Brüsseldən gəlib, əgər Ermənistana təzyiq edərlərsə...”

“Avropa Birliyi post-konflikt nizamlanmasında iştirak etmək niyyətindədirsə və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Brüsseldə görüşünü təşkil etmək istəyirsə, buyursun. Aydındır ki, belə bir görüşün təşkili ilə bağlı təşəbbüs Çarls Mişeldən gəlib. Tərəflər də buna müsbət reaksiya veriblər”.

Bunu Reyting.az-a Milli Məclisin üzvü Rasim Musabəyov Avropa Birliyinin təşəbbüsü ilə Əliyev-Paşinyan görüşünün təşkilinə dair xəbəri şərh edərkən deyib.

Deputat xatırladıb ki, Azərbaycan Avropa Birliyindən nə maliyyə alır, nə də bu quruma böyük müraciətləri olur. Onun sözlərinə görə, Azərbaycandan fərqli olaraq Ermənistan bu qurumdan xeyli asılıdır: “Məsələn, Avropa Birliyi 5 il müddətinə Ermənistana 2,5 milyard avro yardım vəd edib. Buyurub, zəhmət çəkib Ermənistanı doğru yola yönəltsinlər”.

R. Muasbəyovun fikrincə, Avropa Birliyinin Ermənistana böyük təzyiq imkanları var:

“Ermənilər qanunlara tabe olmadığı təqdirdə Brüsselə kifayət edər ki, onları Avropa Birliyinin yardımlarından ya məhrum etsin, ya da məbləği azaltsın. Bunu etsələr, Ermənistan doğru yola yönələr. Amma Brüsseldə bunu edəcəklərmi? Biz bu barədə heç nə bilmirik. İndi top Brüsselin əlindədir”.

Deputat qeyd edib ki, son 30 ildə dağıdılan ərazilər Azərbaycana məxsusdur: “Müharibəyə məruz qalan Azərbaycandır. Ermənilər Azərbaycanın ərazilərində dəhşətli vəhşilik törədiblər. Bunu ermənilər etsə də, Azərbaycan və Ermənistana ayrılan vəsait arasında böyük ədalətsizlik var”.

R. Musabəyov sonda əlavə edib ki, Avropa Birliyi Ermənistana təzyiq etmədiyi və Azərbaycana köməklik göstərmədiyi təqdirdə, Avropa Birliyinin hansısa bir çağırışı növbəti dəfə Bakıda çətin ki, eşidilsin.




Bölməyə aid digər xəbərlər