13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Təhlükəli hesabat: İran bir neçə aya nüvə silahı əldə edə bilər
Tarix: 20-11-2021 15:38 | Bölmə: Slayd
Təhlükəli hesabat: İran bir neçə aya nüvə silahı əldə edə bilər

Beynəlxalq Atom Enerjisi Təşkilatı İran ilə bağlı dünya üçün narahatlıq yaradacaq hesabat yayıb.

Reyting.az
xəbər verir ki, hesabatda İranın bir neçə ay ərzində atom bombası istehsal edə biləcəyi qeyd edilir.

Xatırladaq ki, Beynəlxalq Atom Enerjisi Təşkilatı uzun illərdir İranın nüvə fəaliyyətini izləyir.

Qurumun son hesabatına görə, İran zənginləşdirilmiş uran istehsalını artırıb və bu, bir neçə ay ərzində nüvə silahı istehsalına imkan verir.

Hesabatda İranın 17,7 kiloqramlıq yüzdə 60 faiz çevrəsində zənginləşdirilən uranının olduğunu vurğulanır, bu faizin silah istehsalı səviyyəsindən bir pillə geridə olduğunu narahatlıqla ifadə edilir.

Onu da xatırladaq ki, Beynəlxalq Atom Enerjisi Təşkilatının avqust ayında hazırladığı xüsusi hesabatda Tehran hökumətinin 10 kiloqram zənginləşdirilmiş urana sahib olduğu açıqlanıb.

Hesabatda İranın indiki halda mövcud zənginləşdirilmiş urandan yüzdə 90 faiz sənginləşdirilmiş və nüvə silahı istehal etmə imkanını saxlayan 10 kiloqramlıq məhsul əldə edə biləcəyi də bəyan olunur. 20 kiloqramlıq məhsulun əldə olunmasının bomba istehsalında istifadə ediləbiləcəyi də açıqlanıb.

Hesabatın yayılması beynəlxalq ictimaiyyətin böyük narahatlığına səbəb olub, ABŞ və Qərb ölkələri İranın yenidən masaya oturdulmasının zamanı gəldiyini açıqlayıblar.

Məlumat üçün qeyd edək ki, 2015-ci ildə ABŞ prezidenti Barak Obama İran ilə masaya oturaraq Tehranın nüvə silahı əldə etmək cəhdlərini gecikdirməyə çalışmışdı. Nəticə olaraq 5+1 formatında razılaşma imzalanmışdı. Sonradan hakimiyyətə gələn Donald Tramp ABŞ-ı bu razılaşmadan kənarlaşdırmışdı.

İsrail isə bəyan edir ki, İran nüvə proqramı danışıqları və razılaşma ətrafında müzakirələri uzatmaqla nüvə silahı əldə etmək üçün zaman qazanır.

Reyting.az




Bölməyə aid digər xəbərlər