13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Rusiya Brüssel görüşündən narahatdır - Deputat
Tarix: 22-11-2021 17:06 | Bölmə: Slayd
Rusiya Brüssel görüşündən narahatdır

“Avropa İttifaqının Azərbaycan və Ermənistan rəhbərlərinin Brüsseldə danışıqlar aparmaq təklifindən Rusiyanın narahatlığı hiss edilir. Çünki bu təklifə qədər regionda aparıcı rol Rusiyaya məxsus idi, vasitəçiliyi əsasən bu ölkə edirdi. İndi Brüsselin müəyyən təşəbbüslər göstərməsi Rusiya tərəfindən xoş qarşılanmır”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı Elman Məmmədov dünən Rusiya prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyanın telefon danışığını şərh edərkən deyib.

Rusiya və Ermənistan rəhbərlərinin telefon danışığının Brüssel görüşü haqqında məlumatın ortaya çıxmasından sonra baş verdiyinə diqqət çəkən deputat bunu təsadüfi saymır.

Onun sözlərinə görə, Moskva İrəvanın öz nəzarətindən çıxmasını istəmir və belə məsələlərə aqressiv yanaşır.

E. Məmmədovun ehtimalına görə, Putin və Paşinyan arasında baş tutan telefon danışığı zamanı Paşinyana xəbərdarlıq da edilib. Onun qənaətincə, çox güman ki, Putin Paşinyana barmaq silkələyib: “Yəni Paşinyana başa salmağa çalışıb ki, əsas məsələləri Rusiya həll edir, səni Moskva qoruyur və s. Nə Amerika, nə Fransa, nə də Avropa Birliyi gəlib müdafiə etməyəcək. Sənin son 200 ildə bu regionda müdafiəçin biz olmuşuq, indi də bizik, gələcək də biz olacağıq. Düşünürəm ki, təxminən bu səpkili danışıq olub”.

Deputatın ehtimallarına görə, hətta Brüsseldə hansısa razılaşmalar olsa belə, Rusiya əsas qüvvə kimi nəzərə alınacaq. Güman ki, Putinlə-Paşinyan arasında bu istiqamətdə də hansısa müzakirələr olub.




Bölməyə aid digər xəbərlər