13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Zərdüşt Əlizadə: “Onları qazamata salsaydılar...”
Tarix: 22-11-2021 17:30 | Bölmə: Slayd
Zərdüşt Əlizadə: “Onları qazamata salsaydılar...”

“Azərbaycan-Ermənistan sərhəddinin erməni tərəfində erməni əsgəri və yaxud Rusiya sərhədçilərinin durması öz işləridir. Bu, bizim üçün o qədər də əhəmiyyət kəsb eləmir. Onsuz da Ermənistanın İran və Türkiyə ilə sərhədlərində Rusiya Sərhəd Qoşunları durur, sərhədi onlar mühafizə edirlər. Bizim üçün ən vacibi odur ki, Azərbaycan və Ermənistan dövlət sərhədi müəyyən edilsin”.

Bu sözləri Reyting.az-a politoloq Zərdüşt Əlizadə deyib.

Politoloq qeyd edib ki, iki dövlət arasında sərhəd müəyyənləşdikdən sonra Azərbaycanın sərhəd boyu sərhəd zastavaları qurulacaq, Sərhəd Qoşunlarının əsgərləri sərhədi qoruyacaq. Onun sözlərinə görə, əks tərəfdə rusun və ya erməninin durmasının bizim üçün heç bir fərqi yoxdur:

“Biz ərazi bütövlüyümüzü təmin etdikdən, münaqişə həllini tapdıqdan sonra o tərəfdə fransız və ya afrikalının durmasının bizim üçün fərqi yoxdur”.

Z. Əlizadə xatırladıb ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin uzunluğu 900 kilometrdən çoxdur: “Siz bir anlığa təsəvvür edin ki, 900 kilometrlik sərhədə nə qədər adam qoymaq lazımdır. Deməli, pul lazımdır ki, sərhəd zastavaları qurasan, infrastruktur yaradasan, əsgər yerdə yatmasın, çadırda qalmasın və s. 10-20 kilometrdən bir qışlaq olmalıdır. Bütün bunları Ermənistan edə bilərmi və ya Rusiya ona kömək edəcəkmi? Mənim fikrimcə, bütün bunların əvəzinə Ermənistan və Azərbaycan dostlaşsaydı, İrəvanda 10-15 nəfər - hansı ki, “Türk düşməndir”,- deyirlər, onları qazamata salsaydılar və xalqın ağlı başına gəlsəydi, heç bu boyda xərcə də ehtiyac qalmazdı. Yəni bunlar ciddi məsələlərdir. “Türk düşməndir”,- qışqırmaq indi milyonlarla vəsait tələb edir”.




Bölməyə aid digər xəbərlər