13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Bayden-Putin görüşünün dəqiq vaxtı açıqlanmır
Tarix: 23-11-2021 09:58 | Bölmə: Slayd
Bayden-Putin görüşünün dəqiq vaxtı açıqlanmır

Ağ Evin sözçüsü ABŞ və Rusiya liderlərinin gözlənilən yeni görüşü barədə suala cavab verməyə çətinlik çəkdiyini bildirib.

Rambler.ru-nun məlumatına görə, jurnalistlərin ABŞ və Rusiya prezidentlərinin görüşünün, yaxud təmaslarının nə vaxta planlaşdırıldığı barədə sualına cavabında Ağ Evin mətbuat katibi Cen Psaki hazırda görüşün dəqiq vaxtının bilinmədiyini deyib: “Məndə iki liderin qarşıdakı görüşünün və ya məsafəli təmasının vaxtı barədə dəqiq informasiya yoxdur. Hərçənd, əlbəttə ki, prezident Bayden üçün yüksək səviyyədə diplomatik dialoq prioritet hesab olunur”.

Qeyd edək ki, dünyanın iki supergücünün liderlərinin sonuncu tet-a-tet danışıqları cari ilin iyulunda Cenevrədə baş tutmuş və dialoq 4,5 saat davam etmişdi. Tərəflər dövlətlərarası səviyyədə strateji sabitliyə dair məsləhətləşmələrin başlanması barədə razılığa gəlmişdilər. Bir qədər əvvəl RF prezidentinin mətbuat katibi Dmitriy Peskov Putin və Baydenin gözlənilən görüşünün gündəliyində iki mövzunun durduğunu açıqlamışdı. Onun fikrincə, bunlar Ukraynadakı vəziyyət və NATO-nun Rusiyanın sərhədləri yaxınlığında fəallaşması məsələləridir.

Yeri gəlmişkən, Cen Psaki Co Baydenin ikinci dəfə prezidentliyə namizədliyini irəli sürəcəyi ilə bağlı planını təsdiqləyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər