13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Tehran Xəzərdə Bakı ilə əməkdaşlığa hazırlıq görür
Tarix: 23-11-2021 13:10 | Bölmə: Slayd
Tehran Xəzərdə Bakı ilə əməkdaşlığa hazırlıq görür

Baş nazirin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Tehranda ikitərəfli əməkdaşlığın gücləndirilməsi, xüsusilə də, neft-qaz sektoru ilə iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi məqsədilə görüşlər keçirir. Azərbaycan və İran qazla bağlı razılığa gəliblər.

Reyting.az
xəbər verir ki, bunu “Vesti Kavkaza” saytı yazıb.

Təhlildə qeyd olunur:

“S&P Global Platts” yazır ki, OPEC+ alyansının üzvü olan İran və Azərbaycan yaxın gələcəkdə bir sıra enerji layihələrinin həyata keçirilməsini, o cümlədən Xəzər dənizində neft yatağının birgə işlənməsini nəzərdən keçirir. Son illər iki neft istehsalçısı neft-qaz sənayesində əməkdaşlığı inkişaf etdirir. Bakı və Tehran 2018-ci ildə Xəzər dənizinin akvatoriyasında yerləşən neft yatağında birgə işlərin görülməsinə dair əməkdaşlıq memorandumu imzalayıblar.

2011-ci ildə İran Xəzərdəki “Sərdar Canqal” yatağında 50 trilyon kubfut qaz kəşf etdiyini və sonradan təxminən 2 milyard barel neft hasil etdiyini bildirdi. İranın neft sahəsi üzrə rəsmiləri daha əvvəl qeyd etmişdilər ki, anbarın işlənilməsi üçün İranda olmayan dərin dəniz texnologiyası lazımdır.

1991-ci ildə Sovet İttifaqının dağılmasından bəri çoxsaylı mübahisələr Xəzərdə neft-qaz sənayesinin və infrastruktur layihələrinin inkişafına mane olub. 2018-ci ildə Xəzər dənizinin beş sahilyanı dövləti - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan regiona və onun resurslarına birgə çıxışın hüquqi əsaslarını nəzərdə tutan konvensiya imzalayıb.

Azərbaycan 2025-ci ilə qədər qaz hasilatını təqribən 47,5 milyard kubmetrə çatdırmağı gözləyir. Bu barədə oktyabrın 28-də Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) uzun müddət çalışmış Energetika nazirinin müavini, Qaz İxracının rəhbəri olmuş Kamal Abbasov bildirib. Azərbaycan həm daxili istehlak, həm də gələcək ixrac üçün qaz hasilatını artırmağa çalışır.

Abbasov Beynəlxalq Enerji Forumunun təşkil etdiyi vebinarda bildirib ki, ötən il hasilat 37 milyard kubmetr təşkil edib.

Dövlət enerji şirkəti SOCAR-ın noyabrın 4-də açıqladığı məlumata görə, oktyabrda Azərbaycanda xam neft hasilatı əvvəlki ayla müqayisədə 0,8 faiz azalaraq sutkada 587 min barelə düşüb. Bu, oktyabrda hasilatın Azərbaycanın OPEC+ sazişi çərçivəsində müəyyən edilmiş gündəlik 640 min barel kvotasından xeyli aşağı olduğunu göstərir. SOCAR-ın məlumatlarına OPEC və qeyri-OPEC ölkələrinin kvotalarından çıxarılan kondensat daxil deyil.

Yeri gəlmişkən, “OPEC + S&P Global Platts”-ın son araşdırmasına görə, İran oktyabrda gündəlik 2,52 milyon barel hasil edib. Xatırladaq ki, OPEK-in üç üzvü - İran, Liviya və Venesuela siyasi problemlərə görə hasilatın azaldılmasından azad edilib.




Bölməyə aid digər xəbərlər