13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Deputat: “Azərbaycan Fransanın Minsk qrupundan kənarlaşdırılmasını tələb etməlidir”
Tarix: 23-11-2021 15:50 | Bölmə: Slayd
Deputat: “Azərbaycan Fransanın Minsk qrupundan kənarlaşdırılmasını tələb etməlidir”

“Fransada hansısa senator, müxtəlif vəzifəli şəxslər erməni separatçılarını qəbul ediblər. Doğrusu, bundan o qədər də təəccüblənmədim. Çünki Fransa həmişə türk və müsəlman ölkələrinə qarşı yürütdüyü riyakar siyasəti ilə fərqlənib”.

Reyting.az
xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Q. Həsənquliyevin sözlərinə görə, Fransadan soruşmaq lazımdır ki, Donbasdakı, Dnestryanıdakı, Abxaziyadakı, Cənubi Osetiyadakı separtçıları niyə Parisə dəvət edib, görüşlər keçirmirsiniz?

Siyasətçi daha sonra əlavə edib: “Avstraliya razılaşmadan imtina edib bu ölkədən sualtı gəmilər almayanda Fransa rəsmiləri deyir və mətbuatı yazırdı ki, bu, Fransanın qüruruna toxunmaqdır, ləyaqətsiz davranışdır. Yaxşı, gəlin bunlardan soruşaq: Minsk qrupunun üzvü kimi işğalçı dövləti açıq şəkildə müdafiə edib, separatizmə dəstək olmağın adı nədir? Ləyaqət davası edən ölkə bu cür ləyaqətsiz davranışı özünə necə sığışdırır? Bəlkə düşünürlər ki, yalnız onların qüruru var?

44 günlük savaşda minlərlə gəncin tökülən qanlarına görə Fransa da məsuliyyət daşıyır. Məhz onların riyakar və məsuliyyətsiz siyasəti müharibəni qaçılmaz etdi. İndi bəlli olur ki, onlar qandan doymayıblar. Amma unudurlar ki, qana susayanlar bir gün qanda boğulacaqlar. Fransa bu hərəkəti ilə bölgəyə sülhün gəlməsini əngəlləyir. Ona görə də Azərbaycan bütün mənalarda özünü ifşa etmiş bu ölkənin Minsk qrupundan kənarlaşdırılmasını tələb etməlidir”.

Deputat qeyd edib ki, Fransanın Azərbaycana qarşı yürütdüyü əxlaqdan və qanundankənar siyasət bununla bitmir:

“Makron bir qrup özü kimiləri Fransaya yığıb, onlara Azərbaycan dövlətini, hakimiyyət orqanlarında təmsil ounanları, onların ailə üzvlərini təhqir etdirir. Ən azından bunun qarşısını almır.

Mən hər cür təhqirin və zorakılığın əleyhinəyəm. Sadəcə, baş verənlərin Fransanın yürütdüyü siyasətin nəticəsi olduğunu xatırladıram. Erməni diasporasının çirkli pulları ilə bəslənən, müsəlmanlara, türklərə nifrət edən bu ölkənin rəsmilərinin mütləq çoxluğunun Azərbaycana münasibəti heç vaxt dəyişməyəcək. Hesab edirəm ki, Azərbaycan bütün sahələrdə Fransa ilə münasibətlərinə yenidən baxmalıdır”.




Bölməyə aid digər xəbərlər