13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Rusiya həbsxanalarındakı dəhşətli işgəncələr... - Putin sərt qərar verməyə məcbur olub - Fotolar
Tarix: 25-11-2021 19:32 | Bölmə: Slayd
Rusiya həbsxanalarındakı dəhşətli işgəncələr... - Putin sərt qərar verməyə məcbur olub

Rusiya həbsxanalarından dünya mətbuatına sızdırılan işgəncə faktları ilə bağlı görüntülərdən sonra bir neçə həftə səssizliyi qoruyan prezident Vladimir Putin bu gün Pentensiar Xidmətin rəisini vəzifədən azad edib.

Reyting.az
xatırladır ki, İnsan haqları qrupu Gulagu.net oktyabrın əvvəllərində sayı mini keçən qorxunc görüntülər yayımlayıb. Kadrlarda Rusiya həbsxanalarındakı çılpaq vəziyyətdə işgəncə verilən məhkumların üzləri açıq görünür. Görüntülər və fotolar o qədər ürəkbulandırıcı olub ki, bir çox media orqanı onların çoxunu yayımlamayıb.

Videolardan birində üzü üstə yerə uzadılan məhkumun başına həbsxana əməkdaşının ayaqla basdığı görünür. Ən azı 40 məhkumun vəhşicəsinə hücuma məruz qaldığı ehtimal edilir, amma sübutlar qurbanların faktiki sayının 200-ə yaxın olduğunu göstərir.

Videolarda vərəm xəstəxanasında şiddətə məruz qalan şəxsin qışqırtıları da eşidilir.



Etirazçılar deyirlər ki, zorlayıcı dəstələr məhbusların “müqavimətini qırmaq” və onları “etiraflara” imza atmağa və ya yalan ifadələrə məcbur etməyə çalışıb.

Rusiyanın FSIN həbsxana xidmətinin arxivindən oğurlanmış 40 GB-lıq video-arxiv də üzə çıxarılıb. Görüntüləri həbsxanada olarkən videoları arxivləşdirmək tapşırılan belaruslu şəxs aşkar edib. Azadlığa çıxan şəxs materialın surətini Gulagu.net-ə çatdırıb.

Fəallar qeyd ediblər ki, Rusiyanın altı regionundakı həbsxanada zorlama, hədə-qorxu və zorakılıq halları ilə bağlı faktlar var və onlar BMT və Avropa Şurasına veriləcək. Qrup qeyd edib ki, material Saratovda həbsdə olan belaruslu proqramçı tərəfindən sızdırılıb və hansı ki onun işi həbsxana kameralarında hakimiyyət orqanları tərəfindən çəkilmiş işgəncələr haqqında dəhşətli videoları toplamaq və redaktə etmək olub.



Gulagu.net saytını idarə edən Vladimir Oseçkin hazırda Rusiyada mühacirətdə olan ABŞ Milli Təhlükəsizlik Agentliyinin əməkdaşı Edvard Şnoyderə istinad edərək deyib ki, görüntüləri onlara çatdıran şəxsi Belarusun Şnoyderi adlandırırlar.

Hüquq müdafiəçiləri Rusiyada işgəncənin sistematik olduğunu sübut edən çoxsaylı informasiyanı ilk dəfə əldə etdiklərini bildiriblər.

Görüntülərin sızmasından sonra Federal Həbsxana Xidmətinin Saratov üzrə rəhbəri polkovnik Aleksey Fedotov istefa verməli olub. Hadisənin doğru olacağı təqdirdə onu araşdıracağını elan edən Kreml isə həftələrdir səssizliyini qoruyurdu. Nəhayət ki, bu gün Rusiya prezidenti Vladimir Putinin Federal Həbsxanalar Xidmətinin rəisi Aleksandr Kalaşnikovu vəzifəsindən kənarlaşdırıb.



İşgəncə faktlarının əks olunduğu görüntülər Saratov, Vladimir, İrkutski, Belqorod və Kamçatka bölgələrində qeydə alınıb.

Onu da qeyd edək ki, Gulagu.net layihəsinin internet saytı Rusiya hüquq-mühafizə orqanlarının tələbi ilə Rusiyada bloklanıb. Rəsmi Moskva işgəncə qeydlərini sızdıran kompüter proqramçısını axtarılan şəxslər siyahısına daxil edib. Buna baxmayaraq yeni işgəncə görüntüləri yayılmaqdadır.



Reyting.az




Bölməyə aid digər xəbərlər