13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Koronavirusun yeni ştammı yayılır - ÜST təcili toplantı çağırıb
Tarix: 26-11-2021 08:41 | Bölmə: Slayd
Koronavirusun yeni ştammı yayılır - ÜST təcili toplantı çağırıb

Koronavirusun yeni ştammı aşkar edilib. Növbəti ştamm Cənubi Afrika Respublikasında (CAR) aşkara çıxarılıb.

Reyting.az
xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıblar.

Məlumata görə, tədqiqatçıların şərti olaraq B.1.1.529 adlandırdıqları ştamm daha yoluxucu və təhlükəlidir. Virusoloqlar CAR-ın Səhiyyə Nazirliyində keçirdikləri konfransda bildiriblər ki, yeni ştammın mutasiyaları həddindən artıq çox, yayılma təhlükəsi böyükdür.

Tədqiqatçıların fikrincə, yeni ştamm Delta variantından daha sürətlə yayılaraq dünyada dominant ola bilər.

CAR-ın Yoluxucu Xəstəliklər İnstitutunun məlumatında bildirilir ki, artıq yeni variant 2 ölkədə 20-dən çox şəxsdə tapılıb. Yoluxma gənclərdə daha çox baş verir.

Onu da qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənubi Afrikada aşkar edilən yeni ştammla əlaqədar bu gün fövqəladə iclas keçirəcək.

İclasda təşkilatın nümayəndələri peyvəndin yeni ştammdan necə qorunduğunu, eləcə də bu halda xəstəliyin mümkün müalicəsi yollarını müzakirə etməyi planlaşdırırlar.




Bölməyə aid digər xəbərlər