13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Ali məktəblərə qəbul proqramında dəyişiklik edilib
Tarix: 26-11-2021 12:58 | Bölmə: Slayd
Ali məktəblərə qəbul proqramında dəyişiklik edilib

Yeni iqtisadi rayonlar mövzusu coğrafiya fənni üzrə ali təhsil müəssisələrinə qəbul proqramına daxil edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən, respublikanın iqtisadi rayonlarının yeni bölgüsü təsdiqlənib. Yeni bölgüyə əsasən, Azərbaycanda 14 iqtisadi rayon yaradılıb:

Bakı, Naxçıvan, Abşeron–Xızı, Dağlıq Şirvan, Şirvan–Salyan, Qarabağ, Qazax–Tovuz, Quba–Xaçmaz, Lənkəran–Astara, Mərkəzi Aran, Mil–Muğan, Şəki–Zaqatala, Şərqi Zəngəzur, Gəncə–Daşkəsən.

Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsü respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklərdə hələlik öz əksini tapmayıb. Lakin müasir dövrdə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqların işğaldan azad olunması xalqın gözü qarşısında baş verib və 30 ildən sonra Azərbaycanın ərazi bütövlüyü bərpa edilib.

Bunlar nəzərə alınaraq yeni iqtisadi rayonlar mövzusu coğrafiya fənni üzrə ali təhsil müəssisələrinə qəbul proqramına daxil edilib. Proqram “Abituriyent” jurnalının birinci sayında dərc olunacaq.

Dövlət İmtahan Mərkəzi iqtisadi rayonlar mövzusu əsasında Azərbaycan və rus dillərində iqtisadi rayonların yeni bölgüsünün əks olunduğu məqaləni təqdim edir. Məqalə yaxın vaxtlarda “Abituriyent” jurnalının 2-ci sayında da dərc olunacaq.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında Azərbaycan iqtisadi rayonlarına dair istifadəsi nəzərdə tutulmuş tapşırıqlar aşağıdakı material əsasında tərtib ediləcək: My Webpage




Bölməyə aid digər xəbərlər