13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
“Soçidə razılaşmalar ola bilər, ruslar istəmirlər ki...” - Professor
Tarix: 26-11-2021 13:55 | Bölmə: Slayd
“Soçidə razılaşmalar ola bilər, ruslar istəmirlər ki...”

“Soçi görüşündə müəyyən sənədlərlə bağlı tərəflərin razılığa gələcəyini ehtimal edirəm”.

Bunu Reytng.az-a professor Rüstəm Məmmədov bu gün Soçi şəhərində Əliyev-Putin-Paşinyan görüşündən danışarkən deyib.

Professor qeyd edib ki, Azərbaycan bu görüşə güclü əllə gedib. Onun sözlərinə görə, görüşdə əsasən 10 noyabrda imzalanan üçtərəfli razılaşmanın tələblərinin həyata keçirilməsi məsələsi müzakirə ediləcək: “Ehtimal edirəm ki, regionda kommunikasiyaların açılması, habelə Zəngəzur dəhlizinin fəaliyyətə başlaması məsələləri də müzakirə predmeti olacaq. Qənaətim belədir ki, Soçi görüşündə tərəflər hansısa məsələlərlə bağlı razılaşma və ya vahid mövqe ifadə edə bilərlər”.

Professor onu da ehtimal edir ki, bu görüşdə tərəflər qeyri-rəsmi olaraq sülh sazişi ətrafında da fikir mübadiləsi apara bilərlər:

“İndi Ermənistanın sabitliyə, inkişafa və layihələrə qoşulmağa ehtiyacı daha çoxdur. Eyni zamanda kommunikasiyaların açılması ilə onlar uzun illərdir ki, qaldıqları blokada vəziyyətindən çıxa bilərlər. Bu mənada indi hər şey Paşinyanın mövqeyindən asılı olacaq. Amma reallıq göstərir ki, Ermənistanın başqa seçimi yoxdur. Üstəlik, Rusiya da regionda kommunikasiyaların açılmasında maraqlıdır”.

R. Məmmədov Ermənistanda N. Paşinyana qarşı güclü hərəkatın yaranacağını ehtimal etmir və bunu revanşist qüvvələrin daha çox Rusiyaya bağlı olması ilə əsaslandırır.

Dekabrın 15-də Brüsseldə gözlənilən növbəti Əliyev-Paşinyan görüşündən xüsusi yenilik gözləmədiyini bildirən R. Məmmədovun ehtimalına görə, bu görüş formal xarakter daşıya bilər: “Rusiya arzu etmir ki, Avropa İttifaqı və ya digər qüvvələr regionda problemlərin həllində iştirak etsinlər. Bu mənada Soçidə hansısa razılaşmalar ola bilər. Ruslar bununla həm də göstərmək istəyəcəklər ki, real vasitəçi məhz onlardır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər