13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Professor: “Bizə sərf edən ovqat Ermənistanda hakim olacaq”
Tarix: 26-11-2021 15:55 | Bölmə: Slayd
Professor: “Bizə sərf edən ovqat Ermənistanda hakim olacaq”

“Ermənilər heç vaxt sakit oturmayacaq. Türkə qarşı düşmənçilik onların canında və qanındadır. 100 illərdir ermənilərdə belə ovqat hakimdir. Hay toplumunda olan bu ovqat davam edəcək”.

Bu fikirləri Reyting.az-a türkoloq alim Firudin Cəlilov deyib.

Professor F. Cəlilovun sözlərinə görə, əzilən, acından ölən kasıb erməni kütləsi var ki, onlar bu siyasətdən beziblər: “Başqa sözlə, onlar sakit yaşamaq istəyirlər, çalışırlar ki, övladları Azərbayanla əsassız iddialar səbəbindən ölməsin. Ermənistanda belə bir toplum var və həm də onların sayı çoxdur. İndi onlarla Paşinyanın istəkləri üst-üstə düşür. Bu kəsim övladlarını Qarabağa göndərməyə etiraz edir. Müharibədən sonra biz onları daha yaxından gördük”.

F. Cəlilov bildirib ki, erməni cəmiyyətində türkə düşmənçilik ovqatı da var: “Hər iki fikrin tərəfdarları öz kampaniyasını aparır. Bu, olduqca vacib mübarizədir. Sözsüz ki, bizə kasıb ermənilərin mübarizədə qalib gəlməsi və düşmənçiliyi davam etdirmək istəyənləri keyfiyyət baxımından üstələməsi sərf edərdi”.

Professor əmindir ki, Azərbaycanın inkişafı, Qarabağda işğaldan azad olunan ərazilərin bərpası, viran qoyulan ərazilərimizdə yeni kənd və şəhərlərin salınması, ümumiyyətlə Azərbaycanın irəliləməsi erməniləri düşünməyə vadar edəcək: “Azərbaycanın inkişafı vadar edəcək ki, ermənilər hadisələrə ağılla yanaşsın. Üstəlik, Azərbaycanın inkişafından onlar da bəhrələnmək istəyəcəklər. O vaxt bizə sərf edən ovqat Ermənistanda hakim olacaq. Əlbəttə, içlərinin dərin guşələrində bizə qarşı nifrəti saxlasalar da, üzdə “qardaşlıq barışına” can atacaqlar. Yəni ermənilərin içərisində bir kəsim var və onların beyninə yeridilib ki, türklər sizin düşməninizdir. Onlar heç bizə azərbaycanlı da demir, türk sayırlar. Hələ biz İrəvanda olduğumuz zaman bizə türk deyirdilər. Onların içərisində “türk düşməndir”,- ovqatı var və bu, onların içərisindən çıxmayacaq. Buna həm normal baxmalıyıq, həm də çomağı əlimizdən yerə qoymamalıyıq”.




Bölməyə aid digər xəbərlər