22:43 / 16-06-2025
Zakir Həsənov Belarusa rəsmi səfər edib
22:33 / 16-06-2025
Xarici ölkə vətəndaşları İrandan Azərbaycana təxliyə olunub
20:27 / 16-06-2025
İran dövlət televiziyasının binası raketlə vurulub
18:00 / 16-06-2025
Cüdoçumuz dünya çempionatının yarımfinalına yüksəlib
17:32 / 16-06-2025
Rusiya Azərbaycandan göndərilən kartofu geri qaytarıb
15:28 / 16-06-2025
Pənah Hüseyn: "Bu addım istefa anlamına gəlmir"
14:07 / 16-06-2025
İran prezidenti: "İran nüvə silahı hazırlamaq niyyətində deyil"
13:06 / 16-06-2025
Sabah yağış yağacaq
13:01 / 16-06-2025
İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olunub
12:35 / 16-06-2025
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
12:20 / 16-06-2025
İran hipersəs raketlərindən istifadə edir
11:37 / 16-06-2025
55 yaşlı məktəb yarıməsrlik məzunlarına qucaq açıb - Video
11:14 / 16-06-2025
Xəzər dənizində zəlzələ olub
11:06 / 16-06-2025
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
10:48 / 16-06-2025
Zelenski-Tramp görüşü Kanadada olacaq
10:38 / 16-06-2025
İran İsrailə məxsus təyyarəni vurub
10:34 / 16-06-2025
Pənah Hüseyn sədr səlahiyyətini müavininə həvalə edib - Foto
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
10:01 / 16-06-2025
İran prezidenti: "Biz nüvə silahına can atmırıq"
09:58 / 16-06-2025
İranda “Mossad”ın PUA və bombalar hazırlayan emalatxanası aşkar edilib
08:47 / 16-06-2025
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
08:23 / 16-06-2025
İran İsraili zülmətə qərq edib
00:13 / 16-06-2025
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
19:08 / 15-06-2025
İranda indiyədək 128 nəfər həlak olub
16:47 / 15-06-2025
Hidayət Heydərov ilk görüşdə məğlub olub
13:19 / 15-06-2025
Sabah leysan yağacaq, güclü külək əsəcək
13:10 / 15-06-2025
Şıx çimərliyində iki nəfər boğulub - Video
12:59 / 15-06-2025
Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib - Fotolar
10:00 / 15-06-2025
Mehriban Əliyeva Mlli Qurtuluş Günü ilə bağlı fotolar paylaşıb
08:07 / 14-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

07:17 / 12-06-2025

07:23 / 13-06-2025

17:06 / 13-06-2025

22:53 / 11-06-2025

21:38 / 12-06-2025

18:49 / 13-06-2025

17:43 / 13-06-2025

07:37 / 12-06-2025

07:42 / 12-06-2025

Avropanın Azərbaycan və Ermənistanı barışdırmaq şansı varmı?
Tarix: 27-11-2021 16:28 | Bölmə: Slayd

“Dekabrın 15-də Brüsseldə Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilməlidir. Çoxdan gözlənilən xəbər, iki ölkə arasında sərhəddəki hərbi toqquşmalara görə gərginliyin artdığı bir dövrdən sonra gəlir”.
Reyting.az “Vestnik Kavkaza”ya istinadla xəbər verir ki, bunu Kanada Qlobal Məsələlər İnstitutunun Yeni Avropa üzrə əməkdaşı Robert M. Cutler yazıb.
Müəllif qeyd edir:
Avropa və Amerikada ekspert və analitiklər arasında Ermənistana Baş nazirin simasında “unitar” siyasi oyunçu kimi baxmaq adətdir. Bu, bir çox ölkələrdə jurnalistlərin və peşəkar politoloqların istifadə etdiyi stenoqrafiya terminidir. Amma Ermənistanın timsalında bu, səhvdir. Anlaşılmazlıq var ki, Paşinyana davamlı olaraq ölkənin İkinci Qarabağ müharibəsində məğlubiyyətini etiraf etməkdən boyun qaçıran müəyyən qrup insanlar tərəfindən daxildən hücumlar edilir. Təsiri Ermənistan dövlətinin hüdudlarından kənara çıxan bu qrup 30 ildir işğal altında olan Azərbaycan ərazilərini yenidən ələ keçirmək və yenidən azərbaycanlılardan təmizləmək üçün Üçüncü Qarabağ müharibəsini başlatmağa çalışır. Birinci Qarabağ müharibəsi zamanı, 1990-cı illərin əvvəllərində bu edilib.
Bu müharibə tərəfdarı koalisiyasının üç əsas elementi var. Birinci element keçmiş prezidentlər Robert Köçəryanın (1998-2008), Serj Sarkisyanın (2008-2018) tərəfdarlarından, habelə siyasi müştərilərdən və hazırki hökumət məmurlarından ibarət “Qarabağ klanı”dır ki, onların bütün dövlət aparatını onlarla doldurublar. Ermənistan 20 il ərzində onların sarsıdıcı siyasi hegemonluğunda olub.
İkinci element İran İslam İnqilabı Keşikçiləri Korpusudur (SEPAH). Ermənistanın hərbi sənaye kompleksi ilə İİKK ilə əlaqəli silah sistemləri istehsalçıları arasında əməkdaşlıq erməni diasporunun maliyyə dəstəyi ilə son bir ildə xeyli genişlənib.
Üçüncü element erməni diasporudur. Onun nümayəndələrinin sayını dəqiq müəyyən etmək mümkün deyil. Müxtəlif təriflər və metodologiyalardan istifadə edilən hesablamalar 3 milyondan 11 milyona qədərdir. Ədalətli hesablamaya görə, erməni diasporunun ümumi sayı yəqin ki, 6-7 milyon nəfərdir. Bu, Ermənistanın özündə ermənilərin sayından iki dəfə çoxdur.
Diasporun yarıdan çoxu üç ölkədə yaşayır: Fransa, Rusiya və ABŞ. Rusiyada onların sayı iki milyondan çoxdur - təxminən bərabər sayda ermənilərin yaşadığı Fransa və ABŞ-dan təxminən iki dəfə çoxdur.
Məlumdur ki, diaspor həm Fransada, həm də ABŞ-da uzun müddətdir ki, siyasi cəhətdən çox nüfuzlu olub. Qərbdəki rəsmi diaspor təşkilatları, bir qayda olaraq, tələblərində hiper-müharibə və maksimalistdir, sülh istəmədiklərini birbaşa bəyan edirlər.
Amma müharibə faşizmin xarici siyasətidir. Bəzi diaspor təşkilatlarının döyüşkən çağırışları ilə “Daşnaksütyun” Ermənistan İnqilabi Federasiyasının Sarkisyanın partiyası ilə (AXC blokunun rəhbərlik etdiyi və Köçəryanın 2021-ci ildə parlamentə namizədliyini irəli sürmüşdür) Adolf Hitler və onun ideologiyası ilə sənədləşdirilmiş əməkdaşlıq proqramı arasında narahatedici oxşarlıqlar görmək olar.
Anlamaq lazımdır ki, Ermənistanın daxili siyasətində erməni diasporu, İİKK və “Qarabağ klanı” arasında aydın əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq son hərbi toqquşmaları da izah edir. Paşinyan Ermənistanın bütün dövlət aparatına nəzarət etmir. 2018-ci ildə hakimiyyətə gəlişindən və 2021-ci ildə yenidən seçiləndən sonra Baş nazir tədricən “Qarabağ klanı”nın himayədarlarını ona sadiq adamlarla əvəz etməyə çalışıb. Görünür, o, Xarici İşlər Nazirliyinə nəzarəti ələ keçirib və həmçinin yeni səfirlər təyin edib; ümumən dövlət təhlükəsizlik orqanları da onu dəstəkləyir. Bununla belə, onun hələ çox işi var. Cəmi bir neçə gün əvvəl bir-birinin ardınca iki Müdafiə nazirinin korrupsiya ittihamı ilə həbs olunmasına və Müdafiə Nazirliyinin yeni rəhbəri vəzifəsinə Paşinyan tərəfdarının təyin edilməsinə baxmayaraq, təkcə “Qarabağ klanı”nın təsiri Müdafiə Nazirliyində deyil, həm də ordunun özünün əhəmiyyətli bir hissəsində böyükdür.
Noyabrın ortalarında ABŞ Konqresi Milli Müdafiə Aktının yekun nəzərdən keçirilməsinə başladı. Vaşinqtondakı erməni lobbisi və onların Konqresin hər iki palatasındakı müttəfiqləri ABŞ hökumətinin Azərbaycana müxtəlif formada yardımını, hətta qeyri-hərbi yardımı qadağan edən qanuna düzəlişləri irəli sürdülər. “Qarabağ klanı” və onların Ermənistan silahlı qüvvələrindəki silahdaşları lobbiçilik cəhdlərinin effektini maksimum dərəcədə artırmaq üçün Azərbaycanla sərhəddə toqquşmaların vaxtını hesablayıblar. Nəticə həm Avropanın, həm də Amerikanın maraqlarına ziddir. Ermənistan İranın müttəfiqi olaraq qalır və Rusiyadan asılılığını davam etdirir. O, “Hizbullah” da daxil olmaqla Yaxın Şərqdə İranın dəstəklədiyi hərəkatlarla işləyir.
Rusiyalı hərbi ekspertlər Ermənistanın dinc inkişafının Rusiyanın təhlükəsizliyi üçün zəruri olduğunu etiraf edirlər. Bu onunla bağlıdır ki, müharibənin bərpası Cənubi Qafqazda yalnız siyasi qeyri-sabitliyi artıracaq, eyni zamanda İrana müttəfiqi Ermənistandan Rusiyanın maraqlarına zidd olaraq regiona daha da nüfuz etmək üçün geniş imkanlar yaradacaq.
İlham Əliyevlə Nikol Paşinyan arasında Brüssel görüşünün sadəcə şou üçün təşkil edilməməsi son dərəcə vacibdir. İclas yaxşı hazırlansa, liderləri açıq danışa bilən, lazım gəldikdə müzakirələri genişləndirə bilən yaxın adamlar müşayiət etsəydi, faydalı olardı. Ola bilsin ki, ilk növbədə, Avropa Şurasının rəhbəri iki liderlə təkbətək söhbətə getməzdən əvvəl onunla görüşmək barədə düşünsün.
Bu diplomatik fürsət qaçırılmamalıdır. İki tərəf arasında müzakirələr Brüsseldən kənarda da davam edə bilər. Daxili siyasi təzyiq altında Paşinyan noyabrın əvvəlində Rusiyanın vasitəçiliyi ilə Moskvada keçirilən görüşü ləğv etmək məcburiyyətində qaldı. Sonra 9-10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın iki ölkə arasında bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına dair 9-cu bəndinin icrası müzakirə edilməli idi. Son zamanlar baş verən silahlı toqquşmaları qızışdırmaqla, eyni zamanda erməni əhalisini Azərbaycana qarşı yönəltməklə “müharibə tərəfi” uğur qazanıb. Paşinyan Moskva görüşündə iştirak etmək və nəhayət, bu sülhməramlı proseslərə başlamaq öhdəliyinə sadiq qala bilmədi.
Nikol Paşinyan və İlham Əliyev noyabrın 26-da Brüsseldən əvvəl Soçidə görüşsələr də, Ermənistandakı “müharibə tərəfdarları” ən çox sülh müqaviləsini mümkünsüz etmək istəyir. Belə bir razılaşma ərazi bütövlüyünün qarşılıqlı tanınması və beynəlxalq sərhədin delimitasiyası demək olardı. Beləliklə, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulması diasporun rəsmi təşkilatlarının gələcək müharibə üçün vəsait toplamasını (və öz maaşlarının ödənilməsini) ciddi şəkildə çətinləşdirəcəkdi.
Rəsmi təşkilatların və Ermənistan daxilindəki erməni diasporu və “Qarabağ klanı” nümayəndələrinin yaxşı əlaqələndirilmiş fəaliyyəti regionda sülhə ən böyük təhlükədir. Avropa İttifaqı nəyisə dəyişmək istəyirsə, bu reallığı qəbul etməli və sülhü təşviq etmək üçün həqiqətən təsirli siyasətlər qəbul etməlidir.
Bölməyə aid digər xəbərlər

Bu gün, 20:27
İran dövlət televiziyasının binası raketlə vurulub
Bu gün, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
Bu gün, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
Bu gün, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 20:24
Ərdoğan İlham Əliyevə zəng edib
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb