07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Politoloq: “Soçi görüşündəki öhdəliklər qısa müddətdə icra olunacaq”
Tarix: 27-11-2021 17:19 | Bölmə: Slayd
Politoloq: “Soçi görüşündəki öhdəliklər qısa müddətdə icra olunacaq”

“Soçi görüşü Azərbaycanın maraqlarına uyğun oldu. Prosesin belə yekunlaşmasında Azərbaycan prezidentinin rolu danılmazdır”.

Bunu Reyting.az-a Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin Soçi görüşünü şərh edərkən politoloq Cümşüd Nuriyev deyib.

C. Nuriyev xatırladıb ki, Azərbaycan 10 noyabr sazişindən sonra əsasən üç tələb irəli sürürdü. Bunlar sərhədlərin delimitasiyası, sülh müqaviləsinin imzalanması və Zəngəzur dəhlizinin açılması idi. Artıq Soçi bəyanatı ilə bunlar təsdiqlənib.

Politoloq əlavə edib ki, Soçi görüşü ilə Ermənistan düşdüyü çıxılmaz vəziyyəti dərk edib: “Bəndlər üzrə götürsək Rusiya Azərbaycanın maraqlarını daha çox qəbul etmək məcburiyyətində qaldı. Çünki Rusiyanın Avropaya çıxışı problemlidir. Məcburdur ki, Zəngəzur dəhlizinin açılmasına çalışsın və gələcəkdə bu dəhliz vasitəsilə həm Fars körfəzinə, həm də Aralıq dənizi və Avropaya çıxa bilsin”.

Rusiyanın dünyada tədricən təkləndiyini bildirən C. Nuriyevin fikrincə, bu səbəbdən də Şimal qonşumuz üçün ən ideal təşkilat türdilli dövlətlər və onların qurumudur: “Çünki bunların sözü sözdür, yəni bütövdür. Həm də bu mənada Azərbaycanın istədiyi oldu”.

Politoloq əlavə edib ki, Azərbaycan problemin həllini Brüsselə daşımazdan əvvəl Rusiya ölkəmizin maraqlarını təmin etməli olub. Çünki problemin həlli həm də Rusiyanın maraqlarına uyğundur: “Ümumi götürdükdə, Soçi görüşü öncədən planlaşdırılmırdı və Rusiyanın siyasi qısqanclığından doğdu. Amma hadisələrin gedişi göstərdi ki, Rusiya məsələyə münasibətini dəyişib”.

C. Nuriyev sonda qeyd edib ki, üçtərəfli bəyanatı müsbət qiymətləndirir və bunun icra ediləcəyinə inanır: “Tərəflərin üzərinə götürdüyü öhdəliklər qısa müddətdə icra olunacaq. Azərbaycan prezidenti İlham Əliyevin yürütdüyü siyasət bu məsələnin Azərbaycanın xeyrinə həlli ilə nəticələnəcək”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}