“Soçidə Paşinyanı başa saldılar ki...” - Partiya sədri
Tarix: 27-11-2021 21:16 | Bölmə: Slayd
“Soçidə Paşinyanı başa saldılar ki...”

“Vətən müharibəsindən sonra Azərbaycanın əsas hədəflərindən biri də Zəngəzur dəhlizinin açılması və sülhməramlı qüvvələrin öz funksiyasını daha yaxşı yerinə yetirməsidir. Düşünürəm ki, Azərbaycan buna nail oldu. Hər halda Putinin dilindən “dəhliz” ifadəsi səsləndirildi və onun açılmasının Rusiyanın da maraqlarına uyğun oluğu bildirildi. Məncə, Soçidə istədiklərimizə nail olduq”.

Bu fikirləri Azərbaycan Sosial Demokrat (ASDP) Partiyasının sədri Araz Əlizadə Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin Soçi şəhərindəki görüşündən danışarkən deyib.

Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycanın danışıqlar yolu ilə öz məqsədlərinə çatdığını bildirən ASDP sədri Reyting.az-a açıqlamasında qeyd edib ki, Ermənistan Baş naziri Nikol Paşinyan görüşü sobotaj etmək istəsə də, sonda Soçiyə getmək məcburiyyətində qalıb.


A. Əlizadə

A. Əlizadənin iddiasına görə, Soçidə Ermənistanın maraqları təmin olunmayıb: “Soçidə Paşinyanı başa saldılar ki, buna qədər imzalanan sənədləri icra etmək lazımdır, başqa yolun yoxdur”.

Partiya sədri xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin görüş zamanı dəhlizin açılmasının vacibliyini bildirib: “Ən vacibi budur ki, Putin “Dağlıq Qarabağ” ifadəsini işlətmədi. Yekunda imzalanan sənəddə əsir və girov məsələsi haqda heç nə yazılmadı. Eləcədə “Qarabağ” ifadəsinə rast gəlinmədi. Paşinyanın istəyinin əksinə olaraq Minsk qrupu ilə bağlı heç nə deyilmədi və bəyanatda yazılmadı. Bu kimin xeyrinədir? Hesab edirəm ki, Soçi görüşü İlham Əliyevin diplomatik qələbəsinin nümunəsidir”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}