Koronavirusun yeni ocağı tapılıb - Məhdudiyyətlər sərtləşdirilir
Tarix: 29-11-2021 10:24 | Bölmə: Slayd
Koronavirusun yeni ocağı tapılıb - Məhdudiyyətlər sərtləşdirilir

COVİD-19-a yeni yoluxanların “Omikron” ştammının daşıyıcıları olması riski yüksəkdir. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatından bildirilib.

Reyting.az
“İnterfaks”a istinadla xəbər verir ki, dünən Çində koronavirusa yoluxma ilə bağlı 21 yeni fakt aşkar edilib. Onlardan 20-i Xulunbuir şəhər dairəsində qeydə alınıb. Bu şəhər Rusiya ilə sərhəddə, Daxili Monqolustan şimal muxtar rayonunda, digəri Yunnan əyalətinin cənub-qərbində yerləşir.

ÇXR-in Səhiyyə üzrə Dövlət Komitəsinin məlumatında deyilir ki, Xulunbuirin ərazisində, Çin və Rusiya arasında Mancuriya-Zabaykalsk sərhəd keçid zolağı mövcuddur və buradan hər gün fəal mal mübadiləsi aparılır.

Artıq Xulunbuirdə ciddi məhdudiyyət tədbirləri həyata keçirilir. Sakinlərə şəhəri tərk etmək qadağan olunub, ictimai nəqliyyat fəaliyyətini dayandırıb, idarə və müəssisələrin əksəriyyəti bağlanıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}