16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Rəsmi Tehran yeni reallıqları qəbul edib
Tarix: 29-11-2021 16:10 | Bölmə: Slayd
Rəsmi Tehran yeni reallıqları qəbul edib

“Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Seyid İbrahim Rəisi arasında baş tutan görüş müsbət qiymətləndirilməlidir. Bu görüş göstərdi ki, İran tərəfi də regionda baş verən dəyişikliklərin reallığını anlayır və bunu qəbul edir”.

Bu sözləri Reyting.az-a Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib.

Q. Əlibəyli xatırladıb ki, həm 44 günlük Vətən müharibəsi, həm də müharibədən sonra İran-Azərbaycan münasibətlərində gərinlik hökm sürüb və bunun səbəbkarı cənub qonşumuz olub. Onun sözlərinə görə, Azərbaycan tərəfinin bu münasibətlərdə maksimum səbr nümayiş etdirməsi artıq müsbət nəticəsini verir.

Partiya sədrinin fikrincə, iki dövlət başçısının Aşqabadda bir araya gəlməsi və gələcək üçün münasibətlərin inkişaf etdirilməsi üçün razılaşma əldə olunması yalnız müsbət qiymətləndirilə bilər: “İran Azərbaycanın qonşusudur. Baxmayaraq ki, İran ədalətsiz davranış nümayiş etdirərək dəfələrlə Ermənistanı müdafiə edib və Azərbaycana qarşı çıxıb. Amma İran ilə münasibətlərimiz və dövlət sərhəddimiz var. Üstəlik, İranda xeyli azərbaycan türkü yaşayır və onlarla eyni etnik mənsubiyyətə malikik. Bu mənada iki dövlət başçısının bir araya gəlməsi, müsbət mesajlar vermələri və əlaqələrin inkişaf etdirilməsi məsələsində həmrəyliyin nümayişi olduqca böyük əhəmiyyətə malikdir”.

Partiya sədrinin qənaətincə, Aşqabad görüşü və pozitiv mesajlar gələcəkdə İranın Ermənistana dəstəyinin azalmasına gətirib çıxara bilər: “Məncə, bu, həm də o deməkdir ki, İran regionda mövcud reallıqları qəbul edir. Üstəlik, Azərbaycanın nüfuzu ilə hesablaşır”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}