Sürücülərə xəbərdarlıq: hərarəti 37,5-i keçənlər sükan arxasında əyləşməsin!
Tarix: 30-11-2021 11:09 | Bölmə: Slayd
Sürücülərə xəbərdarlıq: hərarəti 37,5-i keçənlər sükan arxasında əyləşməsin!

Tanınmış terapevt deyir ki, indiki epidemik vəziyyətdə hərarəti azca qalxmış insan yarım saatdan sonra huşunu itirə bilər.

“Bu gün özünü halsız hiss edən adamın avtomobili idarə etməsi çox risklidir. Həm də bu, təkcə sürücü üçün deyil, ətrafdakılar üçün təhlükəlidir”. Bu barədə “Sputnik” radiosuna müsahibəsində danışan tanınmış həkim-terapevt Andrey Zvonkov hansı əlamətlər müşahidə edildikdə sürücülərə avtomobili idarə etməkdən çəkinmələrini izah edib.

Sahənin ekspertinin sözlərinə görə, nəqliyyat vasitəsini idarə etməkdən imtinanın birinci səbəbi insanda hərarətin yüksək olmasıdır. Yəni, koronavirus sürücünün xəbəri belə olmadan onun halının qəfil pisləşməsinə səbəb ola bilər: “Virusa yoluxmuş adam öz vəziyyətini adekvat qiymətləndirə bilmir. O, səhhətinin tam qaydasında olduğunu düşünə bilər. İndiki epidemik şəraitdə hərarətin istənilən həddə yüksəlməsi COVİD-19-a yoluxma prosesinin başlanmasına şübhələr yaradır. Bu, əvvəlcədən bilinməyən xəstəlikdir. Adam indi özünü yaxşı hiss edir, yarım saatdan sonra isə huşunu itirir. Məhz buna görə, hərarəti azacıq yüksələn insanlara birmənalı şəkildə sükan arxasında əyləşməyi məsləhət görmürəm”.

Həkim-terapevt maşını idarə etməkdən imtina üçün hərarətin həddini də dəqiqləşdirib: “Mən hədd olaraq 37,5 dərəcə və bundan yuxarını götürərdim”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}