Beynəlxalq Ədalət Məhkəməsi Ermənistana qarşı qərar verəcək
Tarix: 30-11-2021 11:37 | Bölmə: Slayd
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistana qarşı qərar verəcək

Birləşmiş Millətlər Təşkilatının (BMT) ali məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistana qarşı təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı müvəqqəti qərar verəcək.

Reyting.az
xəbər verir ki, bu barədə məhkəmənin saytında bildirilir.

Qeyd olunur ki, irqi ayrı-seçkiliyin bütün formalarının qarşısnın alınması haqqında Beynəlxalq Konvensiyanın (Azərbaycan Ermənistana qarşı) tətbiqi ilə bağlı iş üzrə qərar dekabrın 7-də elan ediləcək.

Məhkəmənin prezidenti, hakim Joan E. Donoghue qərarı Haaqadakı Sülh Sarayında, ictimai iclasda elan edəcək.

COVID-19 pandemiyası ilə əlaqədar zalda yalnız məhkəmənin üzvləri və iştirakçı (Azərbaycan və Ermənistan) dövlətlərin nümayəndələri iştirak edəcəklər.

Diplomatik korpusun üzvləri, media və ictimaiyyət nümayəndələri qərarın elan edilməsini məhkəmənin saytında, eləcə də BMT-nin onlayn televiziya kanalı olan BMT Web TV-də canlı yayım vasitəsilə izləyə biləcəklər.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}