ABŞ Türkiyənin 45 kilometrliyinə minlərlə tank və helikopter daşıyır - Foto
Tarix: 30-11-2021 11:54 | Bölmə: Slayd
ABŞ Türkiyənin 45 kilometrliyinə minlərlə tank və helikopter daşıyır

ABŞ aylardır davam edən hərbi hazırlıqdan sonra Türkiyənin 45 kilometrliyində yerləşən Yunanıstanın Dədəağac (Aleksandrupoli) limanına çoxsaylı hərbi texnika və əsgər daşımağa başlayıb.

Reyting.az
xəbər verir ki, helikopter, tank və zirehli texnikanın yükləndiyi “ARC Independence” gəmisi artıq Dədəağac limanına çatıb.

Gəminin ünvana çatdığını Dədəağac liman müdirliyi sosial hesabında elan edib.

Gəmi boşaldıqdan sonra Rumıniyadan Dədəağaca gətirilən tankları və hərbi helikopterləri yükləyərək ABŞ-a qayıdacaq. Yaxın günlərdə Dədəağaca “ARC Independence”dən başqa ABŞ-ın digər nəqliyyat gəmiləri də gələcək. Cümə günü Dədəağacda Yunanıstan nazirləri və ABŞ-ın Afinadakı səfiri Geoffrey Pyattın iştirakı ilə mərasim keçiriləcək. ABŞ-ın bu günə qədər Yunanıstana etdiyi ən böyük yükdaşıma çərçivəsində Dədəağaca mindən çox tankın, 120-dən çox helikopterin və çoxlu sayda personalın gətiriləcəyi gözlənilir.

Qərargahı Almaniyanın Visbaden şəhərində olan ABŞ ordusunun Avropa və Afrika Komandanlığından verilən açıqlamada bildirilib ki, daşınma ABŞ və NATO-nun “Atlantic Resolve” əməliyyatı çərçivəsində həyata keçirilir.



Rusiyanın Avropada effektivliyini məhdudlaşdırmaq məqsədilə 2014-cü ildən ABŞ-ın həyata keçirdiyi “Atlantik Həlli” əməliyyatlarına uyğun olaraq Balkanlar və Şərqi Avropa ölkələrinə göndərilən ABŞ tankları, zirehli texnikası, helikopterləri, müxtəlif hərbi texnikası və şəxsi heyəti hər il yenilənir. Son illərdə Yunanıstanın Dədəağac limanından bu ölkələrə gətiriləcək və bu ölkələrdən ABŞ-a qaytarılacaq silah və personalın daşınması üçün istifadə olunur.

ABŞ Larisa şəhəri yaxınlığındakı Stefanovikio hərbi hava limanında müxtəlif vaxt intervallarında pilotsuz uçuş aparatları (PUA) və helikopterlər yerləşdirir. Oktyabrın 14-də iki ölkə arasında imzalanmış yeni müdafiə əməkdaşlığı sazişi çərçivəsində Yunanıstanın “Yeorgula” piyada batalyonunun Stefarnovikio hərbi hava limanı yaxınlığındakı qərargahı baza kimi istifadə üçün ABŞ-a ayrılıb.

Qeyd edək ki, Yunanıstan Kommunist Partiyası ABŞ-ın “ARC Independence” gəmisinin Dədəağaca yanaşmasından sonra etiraz nümayişi keçirib. Liman yaxınlığında toplaşan nümayişçilər “Aleksandrupoli imperialistlərin deyil, xalqların limanıdır!”, “Xalqların qatillərinə torpaq və su verməməliyik!” kimi şüarlar səsləndiriblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}