16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Sülhəddin Əkbər: “Yeni dünya düzəni quruculuğu tamamlana qədər qarşıdurma və müharibələr olacaq”
Tarix: 30-11-2021 17:54 | Bölmə: Slayd
Sülhəddin Əkbər: “Yeni dünya düzəni quruculuğu tamamlana qədər qarşıdurma və müharibələr olacaq”

“Soyuq müharibə dövründən fərqli olaraq indi bütöv bir Qərb anlayışı yoxdur. Nəinki vahid Qərb anlayışı yoxdur, ABŞ, Böyük Britaniya və Avropa Birliyi var. Üstəlik, Avropa Birliyi daxilində müxtəlif güc mərkəzləri mövcuddur və hər bir güc mərkəzinin daxilində müxtəlif qruplar və dairələr fəaliyyət göstərir. Bu baxımdan heç bir məsələ birmənalı deyil. Bu kontekstdə birmənalı Türkiyə-Qərb qarşıdurmasının olduğunu demək də yanlışlıqdır”.

Bunu Reyting.az-a Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Qərb-Türkiyə qarşıdurması mövzusundan danışarkən deyib.

Onun ehtimallarına görə, Türkiyənin müəyyən Qərb dairələri ilə ciddi problemləri var.

Yeni dünya nizamının qurulduğunu, hər kəsin bu nizamda rol aldığını bildirən S. Əkbər düşünür ki, bu nizam quruculuğu tamamlana qədər qarşıdurma, kəskinləşmə, bəzən də toqquşma müşahidə ediləcək: “Əlbəttə, dünyada nizam quruculuğu başa çatana qədər böhran, qarşıdurma və müharibələr olacaq”.

Partiya sədri qeyd edib ki, yeni dünya düzəninin nizamlanması prosesinin nə zaman başa çatacağını demək hələ tezdir: “Mən bu məsələnin konkret nə zaman başa çatacağını deyə bilmərəm. Yalnız tendensiyalar haqqında danışa bilərəm. Başlıca meyllər və hadisələrə təsir edəcək faktorlar o qədər çoxdur ki, bu proseslərin konkret hansı tarixdə başa çatacağını demək doğru olmaz”.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}