Deputat: “İran bizdən xəbərsiz Xudafərində...”
Tarix: 01-12-2021 15:29 | Bölmə: Slayd
Deputat: “İran bizdən xəbərsiz Xudafərində...”

“İslam Əməkdaşlıq Təşkilatının sammiti zamanı Aşqabadda hiss edilirdi ki, Azərbaycan və İran arasındakı mövcud gərginlik arxada qalıb. Hər iki ölkənin prezidentlərinin bir araya gəlməsi, müzakirələr aparması və müsbət mesajlar verməsi bunun göstəricisi idi. Əslində Azərbaycan heç vaxt İranla gərgin münasibətlərin olmasını arzu etməyib. Hesab edirəm ki, İran da bu haqda düşünməlidir”.

Bu fikirləri Reyting.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Azərbaycan-İran münasibətlərindən danışarkən deyib.

Onun fikrincə, Azərbaycan-İran münasibətlərində hansısa dövrlər gərginlik müşahidə edilir: “Bir daha qeyd edim ki, Azərbaycan qonşuları ilə gərgin münasibətlərin olmasını arzu etməyib. Amma İran tərəfindən müəyyən hərəkətlər olub. Məsələn, Xəzər dənizində. Elcədə İran bizdən xəbərsiz Xudafərin su elektrik stansiyası tikirdi. Amma biz onu məcbur etdik ki, bu mövzunu bizimlə razılaşdırsın və sonra işlərə başlasın. Yəni bu kimi hallar mövcud olub. İndi İran da çalışmalıdır ki, əlaqələr yaxşı olsun və inkişaf etsin”.

R. Musabəyov qeyd edib ki, Azərbaycan-İran münasibətlərində gərginlik azalsa da, rəsmi Tehran yenə Ermənistanın maraqlarını qoruyacaq: “Çünki İrana belə sərf edir. Əvvəla bunlar sərhəd ölkələridir. Digər tərəfdən, mümkündür ki, İran bank hesabları və maliyyə əməliyyatlarını bu ölkə vaitəsilə edə bilər. Dünyaya yayılan erməni disasporası var və İranın onlardan istifadə etməsi də mümkündür”.

Politoloqun sözlərinə görə, İran anlayır ki, Azərbaycan və Ermənistanın əhəmiyyəti tam fərqli ölçüdədir: “Yəni Ermənistan İran üçün Azərbaycan qədər əhəmiyyətli ola bilməz. Lakin bir daha təkrar edirəm ki, İran Ermənistanın saxlanılmasında maraqlıdır, amma bu o demək deyil ki, İran ermənilərin dediyi ilə hesablaşacaq”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}