Professor: “Onlar 2008-ci ildə Gürcüstanı Rusiya qarşısında tək buraxdılar, indi də Ukraynanı...”
Tarix: 01-12-2021 17:07 | Bölmə: Slayd
Professor: “Onlar 2008-ci ildə Gürcüstanı Rusiya qarşısında tək buraxdılar, indi də Ukraynanı...”

“Ukrayna-Rusiya gərginliyi yeni deyil və uzun illərdir ki, davam edir. Hər iki tərəf bir-birini qorxudur, psixoloji təsir etməyə çalışır. Amma bizim gördüyümüz odur ki, Qərb qüvvələri verdiyi sözün üzərində dayanmır. Biz bunu Gürcüstanda 2008-ci il müharibəsi zamanı da gördük. Yəni Qərb Gürcüstana lazımi səviyyədə dəstək vermədi, faktiki olaraq onu Rusiyanın qarşısında tək buraxdı. İndi də Ukrayna və Rusiya qarşılıqlı olaraq bir-birini qorxudur. Amma inanmıram ki, ciddi nəsə baş versin”.

Bu sözləri Reyting.az-a professor Əli Abbadov deyib.

Ə. Abbasov bildirib ki, hələlik tərəflər silahların danışmasına səbəb olacaq bəyanatlarla çıxış etmir: “Mən bunu görmürəm. Bu mərhələdə gərginlik olsa da, sakitlik də var. Həmişə olduğu kimi təsadüfən nəsə yaşana və bu, silahlı qarşıdurmaya gətirib çıxara bilər. Bu mənada tərəflər son dərəcə ehtiyatlı olmaldıır. Şərqi Avropada müharibənin başlanması fəlakətli nəticələrə səbəb ola bilər”.

Professor qeyd edib ki, rəsmi Kiyev Qərb və NATO-ya qədərindən artıq inanmamalıdır: “Bəli, ötən gün NATO ölkələrinin müdafiə nazirləri elan etdilər ki, Rusiyanın Ukraynaya hücumuna qarşı vahid mövqe ifadə olunacaq. Bu müsbət reaksiyadır və Kiyevə dəstəkdir. Amma həmin qüvvələr 2008-ci ildə Gürcüstanı Rusiya qarşısında tək buraxmışdılar. Yəni Qərb sona qədər getmədi. Bu dəfə isə həm Ukrayna, həm də Rusiya bir addım atmaqdan çəkinir. Bu da anlaşılandır. Hesab edirəm ki, tərəflər oturub məsələyə nöqtə qoymalıdır. Əks təqdirdə bu ölkələr hələ uzun illər hərbi-siyasi qarşıdurma vəziyyətində olacaqlar”.

Mütəxəssis əlavə edib ki, Qərb bu məsələdə qədərindən artıq aktiv olmalıdır: “Əks halda prosesi uduzacaq. Artıq Ukrayna-Rusiya gərginliyi az qala Belarus-Ukrayna gərginliyinə çevrilir. Bütün bunlar yaxşı hal deyil”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}