16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Sərdar Cəlaloğlu: “Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması Rusiyaya sərf etmir”
Tarix: 01-12-2021 17:16 | Bölmə: Slayd
Sərdar Cəlaloğlu: “Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması Rusiyaya sərf etmir”

“Soçi görüşündən sonra Qarabağ məsələsi hələ bir müddət davam edəcək. Yəni sərhədlərin müəyyənləşdirilməsi və ən əsası sülh müqaviləsinin bağlanması istiqamətində qarşı tərəf əsaslı addımlar atmayacaq. Diqqət edin, bu gün Avropa İttifaqı tərəflərə müraciət edərək sülh müqaviləsini imzalamağa dəvət edir. Çünki Avropa İttifaqı regionda sabitliyin və münaqişənin olmasını istəmir. Amma Soçi görüşü zamanı sülh sazişi məsələsi gündəmə gəlmədi. Çünki Rusiya buna imkan vermədi”.

Bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

Partiya sədrinin fikrincə, Rusiya, Avropa İttifaqının tərəflərə sülh müqaviləsi imzalamaq təklifinə qarşıdır: “Mənim ehtimalıma görə, Rusiyaya sülh müqaviləsinin imzalanması sərf etmir. Niyə? Çünki rusların məqsədi bu problemi özünün nəzarətində saxlamaqdır. Sülh müqaviləsinin imzalanması, tərəflər arasında etimad mühitinin yaradılması o deməkdir ki, sabah burada nə Rusiyaya, nə də sülhməramlılara ehtiyac qalmır. Odur ki, Azərbaycan və Ermənistan arasında normal münasibətlərin yaranması Moskvaya sərf etmir”.

S. Cəlaloğlu qeyd edib ki, Zəngəzur dəhlizi fəaliyyətə başlamalıdır. Onun qənaətincə, ruslar buna əvvəl-axır razı olacaqlar: “Ehtimal edirəm ki, Naxçıvandan gələn köhnə yol əsas götürüldü. Məncə, bu yolu Zəngəzur dəhlizi ilə əvəz ediləcək. Bu yolun açılması artıq Rusiyanın istəyindən asılı deyil. Həm də Rusiya hər şeyi istədiyi kimi həll edə bilməz. Bu daha qabarıq etimadsızlıq mühitini formalaşdırar ki, bundan da ziyan çəkən elə birinci ruslar olar”.

ADP sədri bildirib ki, bu mərhələdə proseslərin fəal getməsini gözləmir: “Gecikdirmə olacaq. Əgər Ermənistan müstəqil olsaydı proseslər irəli gedərdi. Amma Ermənistan müstəqil dövlət deyil və Rusiyanın nəzarətindədir. Paşinyan qərbyönümlü siyasət aparsa da, Rusiyanın ağırlığına gücü çatmır”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}