22:43 / 16-06-2025
Zakir Həsənov Belarusa rəsmi səfər edib
22:33 / 16-06-2025
Xarici ölkə vətəndaşları İrandan Azərbaycana təxliyə olunub
20:27 / 16-06-2025
İran dövlət televiziyasının binası raketlə vurulub
18:00 / 16-06-2025
Cüdoçumuz dünya çempionatının yarımfinalına yüksəlib
17:32 / 16-06-2025
Rusiya Azərbaycandan göndərilən kartofu geri qaytarıb
15:28 / 16-06-2025
Pənah Hüseyn: "Bu addım istefa anlamına gəlmir"
14:07 / 16-06-2025
İran prezidenti: "İran nüvə silahı hazırlamaq niyyətində deyil"
13:06 / 16-06-2025
Sabah yağış yağacaq
13:01 / 16-06-2025
İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olunub
12:35 / 16-06-2025
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
12:20 / 16-06-2025
İran hipersəs raketlərindən istifadə edir
11:37 / 16-06-2025
55 yaşlı məktəb yarıməsrlik məzunlarına qucaq açıb - Video
11:14 / 16-06-2025
Xəzər dənizində zəlzələ olub
11:06 / 16-06-2025
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
10:48 / 16-06-2025
Zelenski-Tramp görüşü Kanadada olacaq
10:38 / 16-06-2025
İran İsrailə məxsus təyyarəni vurub
10:34 / 16-06-2025
Pənah Hüseyn sədr səlahiyyətini müavininə həvalə edib - Foto
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
10:01 / 16-06-2025
İran prezidenti: "Biz nüvə silahına can atmırıq"
09:58 / 16-06-2025
İranda “Mossad”ın PUA və bombalar hazırlayan emalatxanası aşkar edilib
08:47 / 16-06-2025
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
08:23 / 16-06-2025
İran İsraili zülmətə qərq edib
00:13 / 16-06-2025
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
19:08 / 15-06-2025
İranda indiyədək 128 nəfər həlak olub
16:47 / 15-06-2025
Hidayət Heydərov ilk görüşdə məğlub olub
13:19 / 15-06-2025
Sabah leysan yağacaq, güclü külək əsəcək
13:10 / 15-06-2025
Şıx çimərliyində iki nəfər boğulub - Video
12:59 / 15-06-2025
Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib - Fotolar
10:00 / 15-06-2025
Mehriban Əliyeva Mlli Qurtuluş Günü ilə bağlı fotolar paylaşıb
08:07 / 14-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

07:17 / 12-06-2025

07:23 / 13-06-2025

17:06 / 13-06-2025

22:53 / 11-06-2025

21:38 / 12-06-2025

18:49 / 13-06-2025

17:43 / 13-06-2025

07:37 / 12-06-2025

07:42 / 12-06-2025

Oliqarx deputat iqtisadi imperiyasını genişləndirir
Tarix: 02-12-2021 08:51 | Bölmə: Slayd

Ötən gün “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “Azərtütün” ASC-nin 85 faizlik səhm paketinin özəlləşdirilməsinə dair investisiya müsabiqəsinin nəticəsi açıqlanıb. Həmin səhm paketinin əldə edilməsi üzrə müsabiqənin qalibi “Tabaterra Leaf” QSC adlı şirkətdir. Şirkət səhm paketi üçün 17 milyon 281 min 464 min manat ödəməlidir, habelə daha 6.3 milyon manat dövlət büdcəsinə ödəyəcək və ümumi həcmi 8 milyon manatdan az olmamaqla investisiya proqramını təqdim edəcək.
Reyting.az xəbər verir ki, “Azərtütün” ASC vaxtilə Azərbaycan Beynəlxalq Bankının kreditləri hesabına yaradılmış “İnter Tobaco” MMC tütün istehsalı və emalı müəssisəsinin əsasında 2018-ci ildə yaradılıb. “İnter Tobaco” MMC-nin əmlakı - 1 tütün emalı zavodu və 4 tütünqurutma məntəqəsi götürülmüş kreditlərin əvəzində Beynəlxalq Banka girov qoyulmuşdu. Sonradan həmin kreditlər qaytarılmadığı üçün girov əmlak bankın kreditləri hesabına yaradılmış digər biznes aktivləri kimi “Aqrarkredit” QSC-yə (2015-ci ildə yaradılıb və Beynəlxalq Bankın toksik aktivləri bu səhmdar cəmiyyətin balansına verilib,-red.) verilmişdi.

“Azərtütün” ASC bu ilin aprel ayında prezidentin sərəncamı ilə özəlləşdirməyə açılıb. Sərəncamda deyilirdi ki, ASC-nin özəlləşdirilməsi investisiya müsabiqəsi vasitəsilə ilə həyata keçiriləcək, özəlləşdirilmədə yerli investorlarla yanaşı xarici investorlar da iştirak edəcək. Səhmlərin satışı üzrə investisiya müsabiqəsi isə bu ilin oktyabrında elan olunmuşdu.
“Azərtütün Aqrar Sənaye Kompleksi” MMC -nin nizamnamə kapitalı 22 milyon 257 min 298,41 manat qiymətləndirilib. Onun balansında Balakən, Zaqatala, Qax və Şəkidə 266 ədəd müasir qurutma kamerası, anbarlar, ofislər, tütün istehsalı və emalı üzrə 4 məntəqə, Zaqatalada tütün emalı üzrə bir zavod fəaliyyət göstərir.
Bəs “Azərtütün ASK”-nın 85 faizlik səhm paketini alan şirkət barədə nə məlumdur?

“Tabaterra Leaf” QSC bu ilin aprel ayının 24-də (təsadüfən “Azərtütün”ün özəlləşdirməyə açıldığı vaxtlarda) dövlət qeydiyyatına alınıb. QSC Sumqayıt şəhəri, Sülh küçəsi, 18 ünvanında – “Xovlu İpək Fabriki”nin ərazisində qeydiyyatdan keçib. QSC-nin nizamnamə kapitalı 5 min manat, qanuni təmsilçisi isə Elman Bəşir oğlu Cavanşirdir. Elman Bəşir oğlu Cavanşir həm də ölkənin aparıcı siqaret istehsalçısı olan “Tabaterra” QSC-nin qanuni təmsilçisidir. Nizamnamı kapitalı 78 milyon 10 min manat olan “Tabaterra” QSC 2017-ci ildə dövlət qeydiyyatına alınıb.
Şirkət həmin ildə də Sumqayıt Kimya Sənaye Parkında rezidentir və tütün məmulatları istehsalı fabrikini açıb. “Tabaterra” fabrikində 3 formatda olmaqla beynəlxalq standartlara uyğun siqaret istehsal edilir. Böyük Britaniya, Almaniya və İtaliya texnologiyaları əsasında qurulan fabrikdə il ərzində 11 milyard ədəd 3 növdə filtrli siqaretlər istehsal edilir. Layihənin dəyəri 50 milyon dollara yaxındır. Fabrikin açılışı zamanı deyilirdi ki, “Tabaterra” ölkənin tütün məmulatlarına olan tələbatının 80 faizini qarşılaya biləcək gücdədir.

Cavanşir Feyziyev və qardaşı oğlu Elman Cavanşir
“Tabaterra Leaf” şirkətinin qanuni təmsilçisi kimi qeydiyyatdan keçmiş Elman Bəşir oğlu Cavanşir “Avromed” şirkətinin rəhbəri, deputat, adı Böyük Britaniyada çirkli pulların yuyulması qalmaqalına (onun və ailə üzvlərinin çoxmilyonluq bank hesablarına həbs qoyulub-red.) görə son zamanlar gündəmə gələn Cavanşir Feyziyevin qardaşı oğludur. “The Evening Standard” qəzeti yazmışdı ki, Böyük Britaniyanın Milli Kriminal Agentliyinin tələbi ilə bank hesabları dondurulan Feyziyevin ailə üzvlərindən biri də Elman Cavanşirdir, onun bank hesabında 1 milyon funt sterlinqdən bir az çox vəsait aşkar edilmişdi. Elman Cavanşir deputat Feyziyevin çoxşaxəli biznes imperiyasını idarə edənlərdən biridir.
Qeyd edək ki, “İnter Tobaco” şirkətinə Beynəlxalq Bankın hazırda həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin bacanağı İsmayıl Hidayətzadə başçılıq edirdi. Hidayətzadə “Beynəlxalq Bank işi” üzrə fiqurantlardan biri olub və kreditlərin mənimsənilməsində təqsirli bilinərək 2016-cı ildə 5 il 6 ay həbs cəzası alıb. O, 2019-cu ilin oktyabrında vaxtından əvvəl şərti azadlığa buraxılıb.

İsmayıl Hidayətzadə
İ. Hidayətzadə mənimsəmə ittihamlarını qəbul etmirdi və deyirdi ki, “Inter Tobacco”ya rəhbərlik etdiyi dövrdə Beynəlxalq Bankdan cəmi 37 milyon dollar kredit götürüb. Və həmin vəsait təyinatı üzrə xərclənib, 1 tütün zavodu, 4 məntəqə yaradılıb.
“Həmin kredit hesabına tikinti aparılıb, avadanlıqla təchiz olunub. Bu gün də həmin müəssisələr işləyir. Biz “Inter Tobacco”ya görə götürülən kreditin bir hissəsini ödəmişdik. Qalan məbləği də o müəssisələri satıb ödəmək olar. O müəssisələr də “Aqrarkredit”ə verilib. Hələ o vaxt zavodu və məntəqələri bank 90 milyon dollar qiymətləndirmişdi”, - Hidayətzadə belə deyirdi.(Mənbə: virtualaz.org)
Bölməyə aid digər xəbərlər

Bu gün, 20:27
İran dövlət televiziyasının binası raketlə vurulub
Bu gün, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
Bu gün, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
Bu gün, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 20:24
Ərdoğan İlham Əliyevə zəng edib
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb