16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Politoloq: “Ermənistan yenə Rusiyanı Qərbə satmağa çalışacaq, amma...”
Tarix: 06-12-2021 18:59 | Bölmə: Slayd
Politoloq: “Ermənistan yenə Rusiyanı Qərbə satmağa çalışacaq, amma...”

“Dekabrın 15-də Brüsseldə keçiriləcək Əliyev-Paşinyan görüşünün təxirə salınacağını gözləmirəm. Məsələ ondadır ki, Avropa və Amerikanın planı başqadır. Erməni və dəstəkçiləri çalışdılar ki, Azərbaycan dövləti haqqında mənfi imic yaratsınlar”.

Bunu Reyting.az-a politoloq Cümşüd Nuriyev deyib.

C. Nuriyev təəssüflə bildirib ki, həm Azərbaycan daxilində, həm də xaricdə bəzi qüvvələr dövlətə və hakimiyyətə olan münasibəti qarışıq salıb. O, bunu yolverilməz sayır.

Politoloqun fikrincə, özünə hörmət edən şəxsin, bu qədər şəhid verilən bir gündə küçəyə çıxıb (30 noyabrda keçirilən aksiyanı nəzərdə tutur-red.) kiməsə azadlıq etməsi ertələnməli indi: “Ən azı aksiya sonrakı günə təyin edilə bilərdi. Amma bunu etməməklə Azərbaycan dövlətinin imicinə zərbə vurdular. Əgər bununla iqtidara nəsə etdiklərini düşünürlərsə, bu, yanlışdır”.

C. Nuriyev əlavə edib ki, ABŞ prezidenti C. Baydenin sədrliyi ilə keçiriləcək demokratiya sammitinə Türkiyə və Azərbaycanı dəvət etməmək də təsadüfi deyil: “Elə ölkələr var ki, həmin tədbirə dəvət alıblar və onlarda durum heç də ürəkaçan deyil. Burada ABŞ-ın maraqları əsas götürülüb. Dekabrın 9-10-da keçiriləcək sammitdə çalışacaqlar ki, Azərbaycan, Türkiyə, eləcə də türkdilli dövlətlər tənqid edilsin, sanksiya haqqında danışılsın”.

C. Nuriyev diqqətə çatdırıb ki, Brüsseldə Qərbin nəyə çalışacağını bilməsə də, Qərbin Ermənistanı Rusiyanın nüfuz dairəsindən çıxmasını istəyi dəqiqdir: “Amma buna nail olmaq ciddi problemdir. Ermənistan bu dəfə də Rusiyanı Qərbə satmağa çalışacaq, amma bu, onun üçün yaxşı heç nə vəd etmir”.

Politoloq sonda diqqətə çatdırıb ki, Brüssel görüşünün təxirə salınıb-salınmaması Azərbaycanın xarici siyasətinə heç bir təsir göstərməyəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}