13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Deputat: “Ukrayna ilə savaş Qərb dünyası ilə savaş deməkdir”
Tarix: 07-12-2021 16:47 | Bölmə: Slayd
Deputat: “Ukrayna ilə savaş Qərb dünyası ilə savaş deməkdir”

“Rusiya və Ukrayna arasında böyük müharibənin başlamasına ehtimal vermirəm. Çünki belə gərginliklər çox olur. Xüsusilə, NATO-dan tam dəstək alan bir ölkəni işğal etmək böyük gərginliyə səbəb olardı. Bu, sözsüz ki, Rusiyanın maraqlarına uyğun deyil. Amma bu gün də belə açıqlamalar varsa, deməli, risklər qalmaqdadır”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib.

Deputat əlavə edib ki, bu istiqamətdə təhlükə simptomları olduğunu qeyd etmək lazımdır: “Gərginlik var, bəzən bəyanatlar gərginlikdən də önə keçir. Bu gün Ukrayna və Rusiya arasında münasibətlər ortadadır. Məncə, problemin həllini axtarmaq üçün yollara baş vurulur, bəzən təzyiq və pressinqlər də olur. Açıqlamlardan da görünür ki, ABŞ başda olmaqla bir sıra ölkələr bu istiqamətdə təzyiqləri artırır. Amma nəticənin necə olacağı çətin anlaşılandır”.

F. Mustafa qeyd edib ki, Ukrayna dövlətini anlamaq mümkündür, çünki bu dövlət işğala məruz qalan ərazisini azad etmək nyyətindədir.

F. Mustafanın iddiasına görə, Rusiya da bu proseslərdə gərginliyin qalmasını özü üçün məqbul hesab edir: “Ümid edirəm ki, yumşalma istiqamətində addımlar atmağa çalışılacaq. Çünki bu, təkcə Ukrayna ilə savaş deyil. Əksinə, bütün Qərb dünyası ilə savaşdan söhbət gedir. Deməli, buna reaksiya da böyük olacaq. Bu mənada mən müharibə və savaş ehtimallarını yüksək qiymətləndirməzdim. Məsələ danışıqlar yolu ilə həllini tapmalıdır. Çağırışlar da bu istiqamətdədir”.

Qeyd edək ki, bu gün Ukrayna mövzusu ABŞ və Rusiya prezidentlərinin telefon danışığında müzakirə ediləcək əsas gündəmdir. Telefon müzakirələrindən öncə İngiltərə, Fransa, Almaniya və ABŞ Ukrayna mövzsunda eyni mövqedə olduqlarını açıqlayıblar.




Bölməyə aid digər xəbərlər