13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Professor: “Bayden-Putin və Əliyev-Paşinyan görüşündən sonra...”
Tarix: 07-12-2021 17:32 | Bölmə: Slayd
Professor: “Bayden-Putin və Əliyev-Paşinyan görüşündən sonra...”

“Soçi görüşündən sonra daha bir görüş Brüsseldə keçiriləcək. Ehtimal edirəm ki, bu görüşdən sonra Ermənistan tərəfinin mövqeyi nisbətən konkretləşməlidir. Soçi görüşündən sonra İrəvanın problemin həlli istiqamətində addımlar atmaması daha çox Brüssel görüşü ilə əlaqəlidir. Bu mənada proseslər davam edir”.

Bunu Reyting.az-a AMEA-nın əməkdaşı, professor Əli Abbasov regionda baş verənlər və İrəvanın davranışlarından danışarkən deyib.

Ə. Abbasovun fikrincə, regionda əməkdaşlıq və sülhün yaranması istiqamətində addımların atılması vacib olsa da, beynəlxalq konfiqurasiya bəzən sülhün yaranmasına əngəl olur.

Onun sözlərinə görə, indiki halda Ermənistan Baş naziri Nikol Paşinyan üçün də proseslərin sürünməsi məqbul variantdır: “Nəzərə almaq lazımdır ki, Paşinyana qarşı öz ölkəsində güclü müxalifət var. Müxalifət Paşinyanın istənilən sülh addımını faktiki olaraq təhdid edir. Bu mənada indiki vəziyyət Paşinyan üçün münasibdir. Yəni proses irəli getmir, əvəzində bəyanatlar olur, hansısa görüşlər və dialoq haqqında düşüncələr meydana gəlir”. Professor hesab edir ki, bir müddət əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Avropada planlaşdırılan görüşünün baş tutmaması da bu qəbildən olan hadisədir və İrəvan üçün qəbulediləndir: “Onlar prosesləri gecikdirmək, mümkün qədər yubatmaq niyyətindədirlər. Amma hesab edirəm ki, bu limit getdikcə tükənir. Sonda real qərarların verilməsi zamanı gələcək”.

Ə. Abbasov əlavə edib ki, bu gün baş tutacaq Putin-Bayden görüşündə Cənubi Qafqaz məsələsinin müzakirə ediləcəyi də gözləniləndir: “Hesab edirəm ki, bu məqamı da diqqətdə saxlamaq lazım gəlir. Amma o da bəllidir ki, ABŞ və Rusiya prezidentlərinin müzakirəsinin bəzi detalları mətbuata çıxmayacaq. Bu baxımdan düşünürəm ki, həm bu gün baş tutan Putin-Bayden, həm də Brüsseldə gözlənilən Əliyev-Paşinyan görüşündən sonra proseslərin istiqaməti təxminən aydın olacaq”.




Bölməyə aid digər xəbərlər