13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Psixi xəstələr arasında koronavirusdan ölənlərin sayı beş dəfə çoxdur
Tarix: 08-12-2021 20:52 | Bölmə: Slayd
Psixi xəstələr arasında koronavirusdan ölənlərin sayı beş dəfə çoxdur

Alimlər şizofreniyadan əziyyət çəkən xəstələrin COVİD-19-a yoluxma və həyatlarını itirmə riskinin çox yüksək olduğunu aşkar ediblər.

Rambler.ru-nun məlumatına görə, bu barədə Amerikanın Mançester Universitetinin alimlərinin apardığı tədqiqatların nəticələrində bildirilir.

Alimlər aşkar ediblər ki, psixi pozuntusu olan, xüsusilə şizofreniyadan əziyyət çəkənlər arasında ölüm sayı koronavirusa yoluxan adi xəstələrlə müqayisədə beş dəfə çoxdur və onların xəstəxanalara düşmə ehtimalı da üç dəfə artıqdır.

“Psixikasında problemləri olan adamların bu növ xəstəliyi olmayanlara nisbətdə COVİD-19-dan ölüm faizi 4,84 dəfə yüksəkdir. Bu nisbət bipolyar pozuntusu olanlarla müqayisədə 3,76 dəfə, ciddi depressiv pozuntudan əziyyət çəkənlərlə isə 1,99 dəfə yüksəkdir”, - tədqiqatın nəticələrində qeyd edilir.

Koronavirusa yoluxan bu tip xəstələrin 52,6 faizi həyatlarını itirib.

Tədqiqatı aparan alimlər bu təhlükəli statistikanın səbəblərini də açıqlayıblar: “Ağır psixi xəstəliyə malik insanların COVİD-19-dan ölüm göstəricilərinin yüksək olması bir sıra amillərlə bağlıdır. Bu amillərə kişi cinsindən olma, etnik azlığa mənsubluq, yaşın çoxluğu və tənəffüs yollarındakı müəyyən problemlər, eləcə də metabolik xəstəliklər də daxildir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər