13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Putin: “Ukraynanın NATO-ya qəbulu perspektivi bizi çox narahat edir”
Tarix: 08-12-2021 21:11 | Bölmə: Slayd
Putin: “Ukraynanın NATO-ya qəbulu perspektivi bizi çox narahat edir”

“Moskva sülhsevər xaric siyasət yürüdür, amma özünün təhlükəsizliyini müdafiə etmək hüququnu özündə saxlayır”.

Reyting.az
xəbər verir ki, bu sözləri Rusiyanın dövlət başçısı Moskva-Afina danışıqlarının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

“Rusiya 24” telekanalı ilə yayımlanan mətbuat konfransında Ukraynaya gözlənilən hücumla bağlı sualı “təxribatçı” adlandıran prezident Vladimir Putin belə cavab verib:

“Ukraynanın NATO-ya mümkün qəbulu perspektivi bizi narahat etməyə bilməz. Ona görə ki, belə bir addımın ardınca bu ölkəyə xarici hərbi kontingentin yeridilməsi, bazaların və bizə təhlükə yarada biləcək silahların yerləşdirilməsi baş verəcək. Buna yol verə bilmərik”.




Bölməyə aid digər xəbərlər