13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
“Qarabağ klanı” Azərbaycanla düşmənçiliyi yenidən qızışdırır - Politoloq
Tarix: 09-12-2021 08:40 | Bölmə: Slayd
“Qarabağ klanı” Azərbaycanla düşmənçiliyi yenidən qızışdırır

“Ermənilərdə məntiq, dərrakə, savad və gələcəyi görmək yoxdur. Baxmayaraq ki, özlərini hamıdan ağıllı aparmağı xoşlayırlar. Əslində isə özlərini hər sahədə biabır edirlər. Bu, iqtisadiyyat, sosial, siyasət, daxili dövlət quruculuğu və vətəndaş cəmiyyəti sahəsində açıq görünür. Onlar indi bizim 1990-cı illərdə olan vəziyyətimizə düşüblər və belə anlaşılır ki, oradan çıxmaq istəmirlər”.

Bunu Reyting.az-a politoloq Zərdüşt Əlizadə deyib.

Politoloq qeyd edib ki, hazırda Ermənistanda iqtisadi, siyasi və sosial durum olduqca pis vəziyyətdədir. Onun sözlərinə görə, əslində Ermənistanın nicatı Azərbaycan və Türkiyə ilə xoş münasibətlərin qurulmasından asılıdır: “Buna şübhə də yoxdur. İqtisadi-ticari əlaqələrin yaranması, sərhədlərin açılması, diplomatik əlaqələrin qurulması Ermənistana böyük imkanlar qazandıra bilər. Bu halda orduya milyardlarla dollar xərcləməyə ehtiyac qalmazdı, milyonlarla Ermənistan vətəndaşı iş dalınca Rusiya, Avropa və ya Amerikaya üz tutmazdı. Əksinə, ölkəsində işləyər, dolanardı”.

Z. Əlizadənin fikrincə, Ermənistana Azərbaycan və Türkiyə ilə əlaqələr qurmaq, münasibətləri yaxşılaşdırmaq hava və su kimi lazımdır: “Bəs bunun əvəzinə ermənilər nə edir? Ermənistan şıllaq atır, anqırır, çığırır, bizi söyür. Niyə söyürsən ki, sonda gəlib səni vuraq? Bunumu istəyirsən? Türkiyə hara, sən hara? Türkiyə səndən azı əlli dəfə qüdrətli dövlətdir. Sözümün canı odur ki, bunların ağlı yoxdur”.

Politoloq əlavə edib ki, indi Ermənistanda hakimiyyət uğrunda mübarizə gedir: “Bu mübarizədə tərəflər bəllidir. “Qarabağ klanı” hakimiyyətə qayıtmaq istəyir. Köçəryan düşünür ki, bu, düşmənçilik dalğası əsasında baş tuta bilər. Paşinyan da eyni cəhdləri edir. O da düşmənçilik dalğasından istifadə etmək istəyir. Bunun isə erməni xalqına heç bir xeyiri yoxdur”.




Bölməyə aid digər xəbərlər