13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Politoloq: “Rusiya Ermənistana təzyiqləri artıracaq”
Tarix: 09-12-2021 17:28 | Bölmə: Slayd
Politoloq: “Rusiya Ermənistana təzyiqləri artıracaq”

“Region dövlətlərinin qarşılıqlı əməkdaşlığının alternativi yoxdur. “3+3” formatı bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Amma təəssüflər olsun ki, “3+3” platforması baş tutmayacaq. Əvvəla, burada 6 ölkənin iştirakı nəzərdə tutulur ki, bunun da üçü müsəlman dövlətidir. Gürcüstan isə faktiki olaraq Rusiyanı qəbul etmir. Çünki Rusiya Gürcüstanın ərazisini işğal edib və həmin ərazidə yaşayanlara Rusiya vətəndaşlığı verir”.

Bunu Reyting.az-a politoloq Cümşüd Nuriyev sabah Moskvada baş tutacaq “3+3” formatında görüşdən danışarkən deyib.

Onun sözlərinə görə, indi Gürcüstan daha çox Amerikaya arxayındır, amma onun NATO-ya üzv olması da mümkünsüzdür: “Əvvəla, NATO-nun nizamnaməsi buna imkan vermir. Çünki ərazisində münaqişə olan ölkələr bu hərbi ittifaqa daxil ola bilməzlər. Qısası, Gürcüstanın “3+3” formatına gəlməməsi Rusiya ilə əlaqəlidir. Amma nəzərə almaq lazımdır ki, Gürcüstan başqa bir üçlük formatda iştirak edir. Söhbət Azərbaycan, Türkiyə və Gürcüstan platformasından gedir”.

Politoloq deyib ki, “3+3” formatı baş tutmasa da, “3+2” formatı alınacaq: “Yəni bu format Gürcüstansız işləyə bilər”.

Bu platformanın ilkin başlanğıcının xarici işlər nazirləri müavinlərinin görüşü ilə başladığına diqqət çəkən C. Nuriyev əlavə edib ki, burada işçi qrupun yaradılacağı gözlənilir: “Həm də sərhədlərin demarkasiya və delimitasiyası onlara tapşırılmayıb. Delimitasiya ilə bağlı Rusiya işçi qrupu İrəvana gedib, Ermənistanın yaradacağı qrupu gözləyirlər. Biz tərəfdən işlərə Şahin Mustafayev rəhbəlik edir. İndilikdə problem Ermənistandadır”.

C. Nuriyev ehtimal edir ki, “3+3” platformasının sabah keçirilən iclasında Ermənistan məsələsi qoyula bilər: “İran əvvəl problem yaradırdı, indi geri çəkilib. İrəvanın isə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları var”.

Politoloqun ehtimalına görə, Rusiya Ermənistana təzyiqləri artıracaq. Çünki Ermənistan Moskvanın siyasi planlarını pozmaqla məşğuldur.

C. Nuriyev sonda bildirib ki, dünən Ermənistan parlamentində Paşinyanın çıxış müsbət tonda olsa da, amma Paşinyana bel bağlamaq olmaz. Çünki o, səhər dediyini axşam təkzib edir.




Bölməyə aid digər xəbərlər