13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
NATO-da narazılıq - Baydendən təcili izahat tələb olunur
Tarix: 10-12-2021 09:15 | Bölmə: Slayd
NATO-da narazılıq - Baydendən təcili izahat tələb olunur

ABŞ prezidenti Rusiya ilə dialoqa başladığına görə NATO üzvləri tərəfindən kəskin tənqidə məruz qalıb.

Reyting.az
“Bloomberg”ə istinadla xəbər verir ki, məsələ ilə bağlı Şimali Atlantika Alyansına üzv dövlət başçılarından bir neçəsinə müraciət daxil olub. “NATO-ya üzv dövlətlərdən birinin hökuməti Vaşinqtonun Moskva ilə əlaqələri tənzimləmək istəyindən möhkəm qəzəblənib”, - deyilən məlumatda həmin dövlətin başçısı Baydendən bundan sonra hansı addımları atacağı barədə təcili izahat tələb edib.

Bundan başqa, NATO-nun “Şərq cinahı” siyasi təminat və hərbi alyansın hərəkət sərbəstliyinin məhdudlaşdırılması nöqteyi-nəzərindən Rusiya ilə dialoqun hansı güzəştlərə gətirib çıxara biləcəyindən ciddi narahatdır.

Oxucularımıza xatırladaq ki, hələ noyabrın əvvəlində “CBS News” telekanalı Amerika kəşfiyyatının qışda Rusiyanın Ukraynaya “basqın” edə biləcəyi barədə Avropa ölkələrinin başçılarını xəbərdar etməsilə bağlı informasiya yaymışdı. Həmin məlumatda deyilirdi ki, əgər Qərb müdaxilə etməsə, “basqın” yaxın bir neçə həftə ərzində baş verə bilər. Maraqlıdır ki, bu xəbərin doğruluğunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov da təsdiqləmişdi.




Bölməyə aid digər xəbərlər