13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Rusiya ilə ABŞ arasında yeni böhran yarana bilər
Tarix: 10-12-2021 10:18 | Bölmə: Slayd
Rusiya ilə ABŞ arasında yeni böhran yarana bilər

Moskva ilə Vaşinqton arasında getdikcə kəskinləşən siyasi münasibətlər yeni Qəraib böhranı riskini yaradır. Reyting.az “RİA Novosti”yə istinadla xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyində belə bir ehtimalın gerçəkləşəcəyini istisna etmirlər.

Rusiyanın xarici diplomatiya idarəsinin rəis müavini Sergey Ryabkov jurnalistlərin suallarına cavab verərkən bildirib ki, vəziyyət Qəraib böhranına qədər kəskinləşə bilər: “Əgər, necə deyərlər, o tərəfdəki yoldaşlar bizi anlamasalar və hər şey indiki kimi davam edərsə, hadisələrin inkişaf məntiqinə görə, bir gün yuxudan ayılıb, özümüzü Qəraib böhranına bənzər durumda görə bilərik”.

Cənab Ryabkov sözlərinə onu da əlavə edib ki, hadisələrin bu cür inkişafı diplomatiyanın tam iflasa uğraması demək olacaq, fəqət tərəflərin sağlam zəmində razılığa gəlmələri üçün hələ vaxt var.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında dekabrın 7-də keçirilən virtual danışıqlarda liderlər səlahiyyətli nümayəndələrinə “həssas problemlərlə bağlı predmetli məsləhətləşmələrə başlamaları” üçün tapşırıq verəcəkləri barədə razılığa gəliblər.

Onu da qeyd edək ki, Qəraib böhranı (Karib böhranı) və ya digər adı ilə Kuba raket böhranı SSRİ ilə ABŞ arasında ABŞ-a məxsus ballistik raketlərin İtaliya və Türkiyədə yerləşdirilməsi, həmçinin buna cavab olaraq Sovet raketlərinin Kubada yerləşdirilməsi nəticəsində 16-28 oktyabr 1962-ci il tarixləri aralığında meydana gələn gərginlikdir.

Reyting.az




Bölməyə aid digər xəbərlər