13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiyanın nazir müavinləri Moskvada görüşüblər
Tarix: 10-12-2021 19:45 | Bölmə: Slayd
Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiyanın nazir müavinləri Moskvada görüşüblər

Bu gün Moskvada Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiyanın nazir müavinlərinin iştirakı ilə “3+3” formatında iclas keçirilib.

Reyting.az
xəbər evrir ki, bu barədə Rusiya mətbuatı adıçəkilən ölkənin Xarici İşlər Nazirliyinə istinadla məlumat yayıb.

Bildirilib ki, iclasda ticarət-iqtisadi, nəqliyyat, mədəni və humanitar sahələr üzrə regional əməkdaşlıq imkanları geniş müzakirə olunub. Tərəflər bu sahələr üzrə müzakirələrin real imkanlar çərçivəsində aparılması və növbəti görüşlər barədə razılığa gəliblər.

Xatırladaq ki, iclasda Azərbaycanı XİN başçısının müavini Xələf Xələfov, Türkiyəni xarici işlər nazirinin müavini Sədat Önal, Rusiyanı XİN başçısının müavini Andrey Rudenko, Ermənistanı isə xarici işlər nazirinin müavini Vahe Gevorkyan təmsil edib.




Bölməyə aid digər xəbərlər