13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Bakıdakı kütləvi zəhərlənmə ilə bağlı araşdırma başlayıb
Tarix: 13-12-2021 11:14 | Bölmə: Slayd
Bakıdakı kütləvi zəhərlənmə ilə bağlı araşdırma başlayıb

Bakıda dönərdən kütləvi zəhərlənmə ilə bağlı araşdırma başlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, zəhərlənmə faktı ilə əlaqədar müvafiq ekspertiza təyin olunub. Hazırda Nəsimi Rayon Polis İdarəsində bununla bağlı araşdırmalar aparılır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi də (AQTA) dönərdən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başladığını bildirib.

Qeyd olunur ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə AQTA-nın mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, hadisə ötən gün “28 Mall” Ticarət Mərkəzinin yaxınlığında dönərxanalardan birində baş verib. Həmin ərazidə gün ərzində dönər alan 8 nəfər zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzinə müraciət edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər