13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Qərbin Ukraynanı satdığına dair fikirlər rus kəşfiyyatının yalanıdır - Ekspert
Tarix: 13-12-2021 14:12 | Bölmə: Slayd
Qərbin Ukraynanı satdığına dair fikirlər rus kəşfiyyatının yalanıdır

“Bayden-Putin görüşündən sonra Qərbin Ukraynanı Rusiyaya güzəştə getməsinə dair görüntünün yaradılması təsadüfi deyil. Ümumiyyətlə, Qərbin Ukraynanı Rusiyaya güzəşt etməsi fikri əsassız və yalandır. Mən deyərdim ki, rus kəşfiyyatının ortaya atdığı dezinformasiyadır. Məqsəd odur ki, MDB məkanında kənardan dəstək gözləyən millətləri ruhdan salsınlar. Bunun başqa anlamı yoxdur”.

Bunu Reyting.az-a Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər deyib.

Partiya sədri bildirib ki, ABŞ rəsmi səviyyədə mövqe ifadə edib. Onun sözlərinə görə, ABŞ prezidenti və rəsmi şəxsləri görüşdən sonra Ukrayna mövzusunda açıq bəyanatlar səsləndiriblər. S. Əkbərin fikrincə, bunlara diqqət etmək daha düzgün olardı: “Yəni bu məsələyə dair suallar da, onun cavabları da var. Tam əksinə, sonuncu görüşdə prezident Bayden Rusiya lideri Putinə Ukraynaya müdaxilə ediləcəyi təqdirdə indiyə qədər olmayan sərt tədbirlərin görüləcəyinə dair xəbərdarlıq edib. Rusiya da bunu bildiyindən məqsədyönlü şəkildə belə dezinformasiyalar yayır”.


S. Əkbər

Təhlükəsizlik eksperti yaxın dövr üçün Rusiyanın Ukraynaya müdaxiləsini gözləmir: “Zənnimcə, bu, daha çox hadisələrin inkişafından asılı olacaq. Hələlik hər iki tərəf “stavkanı” qaldırmaqla məşğuldur. Yəni deklorativ qarşıdurma getdikcə güclənir. Bunun da nə ilə nəticələnəcəyini indidən demək çətindir. Hər halda Rusiya belə bir qarşıdurmaya gedərsə, yekunda uduzacaq. Bu səbəbdən də Rusiyanın Ukraynaya hərbi müdaxiləsini gözləmirəm. Bu halda artıq Avropanın da mövqeyi konkretləşəcək. Odur ki, məsələ düşünüldüyündən də mürəkkəbdir. İndi baş verənlər bir növ söz və informasiya müharibəsidir”.




Bölməyə aid digər xəbərlər