13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
“Ermənilər artıq tükənib və onların...” - Professor şərh edir
Tarix: 13-12-2021 14:50 | Bölmə: Slayd
“Ermənilər artıq tükənib və onların...” - Professor şərh edir

“Üçtərəfli razılaşma, daha sonra Moskvada üçtərəfli bəyanat və nəhayət Soçi şəhərindəki görüşə baxmayaraq Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Başqa sözlə, delimitasiya və demarkasiya məsələsi, kommunikasiyaların açılması və Zəngəzur dəhlizi ilə bağlı gecikdirmələr müşahidə olunur. İndi də Brüsseldəki görüşün vaxtı çatır və iki gündən sonra görüş baş tutacaq”.

Bu fikirləri Reyting.az-a hüquq elmləri doktoru, professor Rüstəm Məmmədov Ermənistanın son davranışlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, problem ondadır ki, Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etmir: “Mənim ehtimalım budur ki, Baş nazir Nikol Paşinyan Brüssel görüşündən sonra Qərbdən də bir zərbə alıb rahatlanacaq və üzərinə götürdüyü öhdəliklər məsələsinə dönməli olacaq”.


R. Məmmədov

Professor əlavə edib ki, Ermənistan özbaşna deyil və problemin həlli istiqamətində addımlar atmaq məcburiyyətindədir. R. Məmmədovun fikrincə, Ermənistan indi və ya dünən atmalı olduğu addımları gecikdirir: “Mənim qənaətimə görə, ermənilər indi bizə naz edirlər. Başqa məntiq görmürəm”.

Professor qeyd edib ki, əslində ruslar da İrəvana müəyyən təzyiqlər edirlər, sadəcə, bunu görmürük: “Eyni zamanda ruslar da Ermənistanı tam itirməkdən ehtiyat edirlər. Bu mənada məsələ bir qədər mürəkkəb kimi görünə bilər. Amma Zəngəzur dəhlizi mütləq açılacaq. Prezident İlham Əliyev açıq deyir ki, yumruq məsələsi qüvvədədir. Odur ki, Ermənistan öhdəliklərinə əməl etməyə məcburdur”.

R. Məmmədov sonda əlavə edib ki, ermənilər artıq tükənib: “Onlar yorulublar və görürlər ki, başqa çıxış yolları yoxdur və öhdəliklərə əməl etməlidirlər. Bu yorğunluq və tükənmə ilə onların çox uzağa getməsi real görünmür”.




Bölməyə aid digər xəbərlər