13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Politoloq: “Cəbhələşmə güclənəcək, üçüncü güc mərkəzi kimi...”
Tarix: 13-12-2021 18:15 | Bölmə: Slayd
Politoloq: “Cəbhələşmə güclənəcək, üçüncü güc mərkəzi kimi...”

“ABŞ yenə öz siyasətini başqalarının əli ilə həyata keçirmək istəyir. İnanmıram ki, ABŞ Ukraynanın ərazi bütövlüyü məsələsini həll etsin. Prezident Bayden əvvəl ordudan danışırdı, sonra bu sözünü geri götürdü və Rusiyaya qarşı iqtisadi sanksiyaların işə salına biləcəyini dedi. Halbuki Rusiya 10 ilə yaxındır sanksiya altında yaşasa da, hələ çökməyib. Bəziləri deyir ki, Rusiya çöküb. Amma əksinə, öz bildiyini edir”.

Bunu Reyting.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

C. Baydeni V. Putinlə müqayisədə bir qədər qorxaq siyasətçi hesab edən C. Nuriyevin sözlərinə görə, ABŞ-ın Ukraynanı satması ilə bağlı fikirlər doğru deyil: “Amma ABŞ öz maraqlarını daha çox önə çəkir, insan hüquqlarını qabardaraq istəklərinə nal olmağa çalışır”.

Politoloqun fikrincə, ABŞ və Rusiya prezidentlərinin son görüşü göstərib ki, Bayden heç də amerikanların dediyi kimi peşəkar siyasətçi deyil: “Bəli, o, uzun müddətdir siyasətdədir. Amma lazımi anda lazımi söz demək imkanında deyil”.

C. Nuriyev hesab edir ki, Bayden-Putin görüşündən sonra faktiki olaraq “Soyuq müharibə”yə start verilib: “Bundan sonra cəbhələşmə güclənəcək, üçüncü güc mərkəzi kimi Çin-Rusiya duetini formalaşdırmağa çalışacaqlar. Ümumən anlamalıyıq ki, bu qarşıdurmaya səbəb yeni dünya düzənində Çin və Rusiyaya yer verilməməsidir”.

Politoloq bildirib ki, əslində iqtisadi müharibə heç bir nəticə verməyib. İnformasiya müharibəsində isə sanki ruslar amerikalılardan daha fəal çalışırlar: “Deməli, yeganə qalan hərbi yoldur. Məncə, ruslar Ukraynaya müdaxilə etməyəcək. Prezident Zelenski demokratik yolla seçilsə də, əslində ölkəsini məhvə aparır. Biz belə vəziyyəti 30 il əvvəl yaşamışıq”.

C. Nuriyev sonda əlavə edib ki, proseslər Ukrayna mövzusunda ABŞ-ın son sözünü deməkdən ehtiyat etdiyini göstərir.




Bölməyə aid digər xəbərlər