13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Qalmaqal yaradan komitə sədri spikerə zəng edib: "Dedi ki, deputatları deyil, məmurları nəzərdə tutur"
Tarix: 14-12-2021 15:21 | Bölmə: Slayd
Qalmaqal yaradan komitə sədri spikerə zəng edib: "Dedi ki, deputatları deyil, məmurları nəzərdə tutur"

“Çox təəssüf ki, parlament layiq olmadığı haqsız təpkilərlə üzləşir. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin müsahibəsindən sonra da bu təpkilər artıb”.

Reyting.az
 xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Elşən Musayev parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Milli Məclis hər zaman bütün dövlət qurumlarına ehtiramla yanaşıb: “Sanki bu müsahibədə bir anlaşılmazlıq var. Bəlkə də Səfər Mehdiyevin çıxışı təhrif olunub. Buna aydınlıq gətirilməlidir”.

Spiker Sahibə Qafarova isə bildirib ki, bu günlərdə Səfər Mehdiyevin bir neçə saytda müsahibəsi verilib: “Müsahibənin bir yerində deputatlar qanunsuz fəaliyyətdə ittiham edilib. Dünən Səfər müəllim mənə zəng edərək dedi ki, onun fikirləri təhrif olunub. Əslində, o, deputatları deyil, məmurları nəzərdə tutub”.

Xatırladaq ki, komitə sədri bəzi deputatları elektron ticarətlə bağlı fırıldaqçılıqda ittiham edib.

Maraqlı budur ki, "Haqqın.az"-a müsahibəsindən az qala bir həftədən çox vaxt ötsə də, bu gündək Səfər Mehdiyevin fikirlərinin təhrifi ilə bağlı komitədən  açıqlama verilməyib. O səbəbdən komitə sədrinin spikerlə  söhbətdə nə dərəcə səmimi olduğu  bəlli deyil.

***

Spikerin açıqlamasından bir neçə saat sonra Dövlət Gömrük Komitəsi xüsusi açıqlama yayıb.

Reyting.az
xəbər verir ki, açıqlamada Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə səsləndirdiyi bəzi fikirlərin sosial şəbəkə istifadəçilərinin kontekstdən çıxararaq, yanlış şərhlərlə fərqli məcralara yönləndirildiyi deyilib:

"Bu müsahibədən bir hissəni xüsusi qabardan bəzi saytlar, "sosial şəbəkə qəhramanları" reytinq xatirinə Milli Məclisin bütün üzvlərini hədəf alır, hətta bəziləri daha irəli gedərək ölkənin ali qanunverici orqanının ünvanına əsassız şər və böhtan xarakterli fikirlər səsləndirirək manipulyasiya edirlər.

Belə ki, açıqlamada Nazirlər Kabinetinin 305 saylı qərarına ötən ilin avqust ayında edilmiş dəyişikliklərin iqtisadi əsasları izah olunur, bu qərarın faydalarından, dəyişikliklərə qarşı bir neçə millət vəkilinin haqsız tənqidlərdən bəhs edilir və artıq bu günün real mənzərəsində keçmişdə qalan bu kimi məsələlərin həll olunduğu vurğulanır. Aradan keçən müddətdə cəmiyyətin bütün təbəqələri dəyişikliklərin zəruriliyi, faydaları barədə ətraflı məlumatlandırılıb və sui-istifadə halları aradan qaldırılaraq elektron ticarətin qanunvericiliyə uyğun şəkildə həyata keçirilməsi təmin edilib. Komitə daima deputatların gömrük orqanlarının fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlərə hörmətlə yanaşır, verilən təklifləri dəyərləndirir, haqlı iradları qəbul edir".




Bölməyə aid digər xəbərlər