13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Zahid Oruc: "Noyabr, Qarakənd və Qaraheybət faciə zənciri düzəltməyə ehtiyac yoxdur"
Tarix: 14-12-2021 15:24 | Bölmə: Slayd
Zahid Oruc: "Noyabr, Qarakənd və Qaraheybət faciə zənciri düzəltməyə ehtiyac yoxdur"

“30 noyabrda baş vermiş vertolyot qəzasından dərhal sonra yaranan 5 saatlıq informasiya vakuumunda dövriyyəyə buraxılan müxtəlif təxribatçı versiyalar təəssüf ki, bu gün də davam edir”.

Reyting.az
xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Onun sözlərinə görə, heç bir əsas olmadan xarici dövlətlərə qarşı hücum edən, heç bir sübut olmadan hadisəni terror aktı adlandırıb, yanlış hədəflər göstərən qüvvələr Azərbaycanın düşmənlərini qazandırmaqla millətimizin təhlükəsilziyinə xidmət etmirlər.

Zahid Oruc qeyd edib ki, Azərbaycanın Zəfəri Britaniya, Rusiya, İran və bir çox dövlətlər tərəfindən qəbul olunub, eləcə də Soçi və Aşqabad görüşü, Türkmən qazının İran vasitəsilə alınaraq dünyaya çatdırılması mühüm regional beynəlxalq hadisələr olsa da, bunlar vertolyot qəzasının səbəbləri kimi göstərilə bilməz:

“İkincisi, Vətən müharibəsində və ötən bir ildə, eləcə də 16 noyabr tarixli sərhəd toqquşmasında əsir düşən erməniləri Azərbaycana terror zərbələri ilə geri almaq mümkün deyil”.

Z. Oruc əlavə edib ki, 1000 kvadrat kilometrlərlə əraziləri qəhrəmanlıqla azad edən dövləti terror və təxribatlarla siyasi-hərbi güzəştlərə vadar etmək mümkünsüzdür:

“Üçüncüsü, Vətən müharibəsindəki Qələbəmizə hücum məqsədilə “3000 şəhidin ölüm səbəbini sorğulamadınız, ona görə qəzada həlak olanların da haqlarını tələb etməyəcəksiniz”,- deyən əqidə sahibləri 44 günlük savaşda Ermənistanla birgə məğlub olanlardır. Bəli, düşmənçilikdən qazananlara böyük zərbə dəyib. Lakin Qələbəmizi möhkəmləndirməkdən bizi heç kəs çəkindirə bilməz.

Dördüncüsü, Silahlı Qüvvələrimiz vahiddir, onların rəhbərləri və bütün zabitləri, əsgərləri və bütün şəxsi heyəti, texnikası, texnologiyası vahid bir səngərdədir. Qəzasonrası Müdafiə Nazirliyi və Sərhəd Qüvvələri, o cümlədən bütün güc strukturları koordinasiyalı hərəkət ediblər, 44 gündə olduğu kimi, bir düşmənə qarşı eyni amalı daşıyırlar.

Nəhayət, 1991-ci ilin Qarakənd terroru, Xocalı və Daşaltı əməliyyatları qanlı hadisələr olsa da, bu, 30 noyabr tarixli qəza ilə eyniləşdirilə bilməz. Çünki 30 noyabrda şəhid olanlar bir il əvvəl məhz həmin texnikalarla düşmənə öldürücü zərbələr vurublar və vertolyot sindromu, noyabr, Qarakənd, Qaraheybət faciə zənciri düzəltməyə ehtiyac yoxdur. 8 noyabr Səlnaməsi bütün tarixlərdə Zəfər ayı olaraq qalacaq və millətimizin taleyində nə baş versə də, onun tarixi əhəmiyyəti dəyişməyəcək.

Nəhayət, qəzadan sağ-salamat çıxan hərbçilərin yarğılanması, onların şok altında müsahibələrini şübhə ilə qarşılayanların halına acıyırıq. Ona görə də 10 noyabrla, 20 və 30 noyabrı paralelləşdirənlərin məqsədləri bəllidir. Belələrinin beyni "26 sentyabr”da qalıb. İnanırıq ki, açıq informasiya siyasəti, ədalətli məhkəmə bütün təxribatçı rəy və ehtimallara aydınlıq gətirəcək, hərbi vertolyotlarımız daim qələbə uçuşlarını davam etdirəcəkdir!”




Bölməyə aid digər xəbərlər