13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Tehranla nüvə danışıqları iflasa yaxındır
Tarix: 14-12-2021 22:01 | Bölmə: Slayd
Tehranla nüvə danışıqları iflasa yaxındır

“Vyana görüşü mənasız vaxt itkisidir, çünki, rəsmi Tehran qəsdən razılaşmaya aparan yolu bağlayan şərtlər irəli sürüb”. Reyting.az xəbər verir ki, bunu İranla nüvə razılaşması üzrə danışıqların növbəti mərhələsində iştirak edən Avropa ölkələri bəyan ediblər.

“Reuters” agentliyi xəbər verir ki, hazırda Avstriyanın paytaxtında “4+1” formatında danışıqların yeddinci raundu keçirilir. Görüşdə Britaniya, Fransa, Almaniya, (ABŞ) bir tərəfdən və İran ikinci tərəf kimi iştirak edir.

Məlumatda qeyd edilir ki, danışıqların bu raundunda rəsmi Tehran əvvəlki altı görüşdə əldə edilmiş bütün kompromislərdən imtina edib.

Mahiyyət etibarı ilə iqtisadi sanksiyaların götürülməsinin əvəzinə İranı özünün nüvə proqramını inkişaf etdirmək imkanından məhrum edən razılaşma hələ 2015-ci ildə Vaşiqtonla Tehran arasında imzalanmışdı. Ağ Evin Barak Obamadan sonrakı sahibi Donald Tramp ABŞ-ı bu razılaşmadan çıxarmış, yeni prezident Co Bayden isə danışıqların bərpasına göstəriş vermişdir.

İndi Vyanaya toplaşmış Britaniya, Fransa və Almaniya nümayəndələri hesab edir ki, danışıqların bərpasına ayrılmış vaxt artıq geridə qalıb. Yeni şərtləri müzakirə etməkdən başqa, köhnələrə baxmaq da vacibdir. Bu zaman İranın ötən dövrdə nüvə proqramının inkişafında hansı sıçrayışları etdiyi də mütləq nəzərə alınmalıdır.




Bölməyə aid digər xəbərlər