13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Avropa İttifaqı Cənubi Qafqazdakı yeni reallıqla hesablaşır
Tarix: 15-12-2021 15:10 | Bölmə: Slayd
Avropa İttifaqı Cənubi Qafqazdakı yeni reallıqla hesablaşır

“Brüsseldə görüş oldu, müzakirələr aparıldı. Bu görüşü müsbət qiymətləndirirəm. Ermənistana kömək haqqında da düşünə bilərdilər. Amma Azərbaycan prezidentinin mövqeyi çox güclüdür. Odur ki, ermənilərə dəstək baxımından heç nə olmadı. Əksinə, Azərbaycanın maraqları əsas götürüldü”.

Bunu Reyting.az-a Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib.

Partiya sədrinin fikrincə, Brüssel görüşü 10 noyabrda əldə edilən razılaşmanın yerinə yetirilməsində maraqlı olduğunu ifadə edib: “Zənnimcə, bu da müsbət haldır. Digər tərəfdən, biz Brüsseldə ATƏT-in Minsk qrupuna dair nə bir fikir eşitdik, nə də cümləyə rast gəldik. Baxmayaraq ki, ermənilər hər çıxışlarında Minsk qrupundan danışır, onların vasitəçiliyi ilə danışıqların aparılmalı olduğunu qeyd edirdilər. Hesab edirəm ki, Brüssel görüşü də Minsk qrupunun tarixin zibilliyinə getdiyini göstərdi. Bu mənada Minsk qrupunu heç yada salmaq da düzgün deyil. Artıq bu reallıqla Avropa İttifaqı da razılaşır və qəbul edir. Çünki müharibədən sonra yeni şərtlər yaranıb və bunu nəzərə almamaq mümkün deyil”.

A. Əlizadə bildirib ki, Avropa İttifaqı iki ölkə arasında sülh müqaviləsinin əldə edilməsi, əlaqələrin bərpası, kommunikasiyaların açılması, qarşılıqlı faydalı əməkdaşlığı dəstəkləyir: “Məncə, bu da vacib amildir. Üstəlik, Zəngəzur dəhlizinin açılması bölgənin iqtisadi inkişafına təkan verəcək. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı məcbur edəcək ki, kommunikasiyaların açılması prosesini sürətləndirsin”.

ASDP sədri əlavə edib ki, Brüssel görüşü Azərbaycanın üstünlüyü ilə keçib: “Bundan sonra uzağı ermənilər bir qədər də cığallıq edəcək, amma sonda kommunikasiyaların açılmasına start verməyə məcbur olacaqlar. Onlar gördülər ki, Avropada da Azərbaycanın mövqeyi güclüdür”.





Bölməyə aid digər xəbərlər