13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Türkiyə-Ermənistan münasibətlərinin qurulması... - Deputatın şərhi
Tarix: 16-12-2021 16:08 | Bölmə: Slayd
Türkiyə-Ermənistan münasibətlərinin qurulması...

“Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına hesablanan bəyanatların həm rəsmi Ankara, həm də İrəvan tərəfindən səsləndirilməsi müsbət hadisədir. Məlumat üçün deyim ki, hələ Bakıda keçirilən Qələbə paradı zamanı həm Azərbaycan, həm də Türkiyə prezidentlərinin təkliflərində də Ermənistanla normal münasibətlərin yaranması ifadə edilmişdi. Başqa sözlə, hər bir istiqamətdə Türkiyə Azərbaycanla birgə hərəkət edir”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı Asim Mollazadə deyib.

A. Mollazadə hesab edir ki, Türkiyə və Ermənistan arasında əlaqələrin yaranması, sərhədlərin açılması vacibdir. Onun sözlərinə, bu istiqamətdə addımlar atılacaq, bütün zəruri işlər görüləcək ki, bizim bölgəmiz sabitlik, əməkdaşlıq və sülh regionuna çevrilsin. Bu səbəbdən Türkiyə-Ermənistan münasibətlərinin normallaşması vacibdir.

A. Mollazadə Ermənistan hökumətinin Türkiyə ilə əlaqələrin qurulmasında maraqlı olduğuna inanır: “Mənə elə gəlir ki, onlar bu istiqamətdə ən azı addım atmalıdır. Çünki Ermənistan bu münasibətlərin normallaşmasından ancaq bəhrələnə bilər. Hazırda Ermənistan iqtisadiyyatının və sosial durumun necə olduğunu nəzərə alsaq görərik ki, ermənilər bu addımları atmalıdırlar”.

Deputat Ermənistandakı müəyyən qüvvələrin Türkiyə ilə münasibətlərin normallaşmasına qarşı çıxmasını təbii qarşılayır. Mollazadənin fikrincə, əslində bu qüvvələr dünyanın gözündə sülhə təhlükə mənbəyi olan qüvvəyə çevrilir. Bu baxımdan prosesin getməsi onları heç cür razı salmır.

A. Mollazadə qeyd edib ki, artıq hər iki ölkə əlaqələrin qurulmasına çalışır və bu istiqamətdə zəruri addımlar atılmalıdır: “Əlbəttə, buna etiraz edən revanşist qüvvələr də var. Amma müharibədə məğlub olmuş Ermənistanın vətəndaşları seçkidə Paşinyana səs verməklə müharibəyə “yox” deyiblər. Beləcə, ermənilər müharibədə məğlub olan Paşinyanı dəstəkləyiblər. Yəni müharibə istəmədiklərini nümayiş etdiriblər. Düşünürəm ki, bu, açıq mesajdır”.




Bölməyə aid digər xəbərlər